Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:59

Adamların telefon balansından icazəsiz pul çıxılmasına nə vaxt son qoyulacaq?


'SMS tələ'si varmı, balansı kim boşaldır?
Gözlə

No media source currently available

0:00 0:15:03 0:00

'SMS tələ'si varmı, balansı kim boşaldır?

“Mobil nömrəniz “zvuk” xidmətinə qoşuldu və balansınızdan 15 qəpik çıxıldı”. Bu SMS-i mobil rabitə istifadəçisi Sahilə Aslanova bügünlərdə alıb. Deyir ki, etməyib tənbəllik düşüb işin arxasınca. Özünün razılığı olmadan nömrəsinin hansısa xidmətə qoşulmasından, üstəlik buna görə balansından pul çıxılmasından şikayətçi olub:

“Onlar isə bildirdilər ki, xidmətin pullu olması haqda mənə xəbərdarlıq mesajı gəlib. Mən isə belə bir mesaj almadığımı bildirdim və məsələnin araşdırılmasını, mənə mesaj göndəriblərsə sübutunu istədim. Onlar araşdırdıqdan sonra həqiqətən də mənə xəbərdarlıq mesajının göndərilmədiyini dedilər və buna görə məndən üzr istədilər. Mayın 14-də isə balansımdan silinən 15 qəpiyi geri qaytardılar”.

Sahilə Aslanova cəmi bir neçə qəpikdir deyib, bu məsələnin üstündən keçməyi düzgün saymır. Deyir ki, tez-tez abonentlərinin razılığı olmadan onları hansısa xidmətə qoşub, balanslarından pul çıxılması haqda şikayətlər eşidir. Bu cür problemlərlə rastlaşanlara da tənbəllik etməyib, işin sonuna kimi getməyi tövsiyyə edir. Onun fikrinə, belə olsa bəlkə mobil operatorlar bu qanunsuzluğu dayandırar.

Operatorlar təkzib edir

Azərbaycanda 3 mobil rabitə operatoru Azercell, Bakcell və Nar mobile fəaliyyət göstərir. AzadlıqRadiosu hər üç mobil rabitəyə informasiya sorğusu göndərib, onlardan səslənən iradlara münasibət bildirməsini xahiş edib. Azercell və Nar mobile bütün səslənən iradları təkzib edib. Bakcell isə ümumiyyətlə suallara cavab verməyib.

Azercell Telekom qeyd edir ki, 2016-cı ildə mobil xidmətləri təmin edən tərəfdaşlarına mübahisə ehtimalını aradan qaldırmaq üçün təkrar təsdiqləmə prinsipi tətbiq etmək tövsiyyə olunub:

“Bu prinsipdən istifadə edilməsi şəffaflığa səbəb olur. Xidmətin adı, xidmət haqqı, qoşulma növü və digər məlumatlar olan səhifədə təkrar təsdiq düyməsi sıxıldıqdan sonra, xidmət aktivləşir. Bununla bağlı abunəçiyə SMS-lə məlumatlandırma göndərilir”.

Nar mobile-da cavabında bildirib ki, hər hansı bir xidmətə görə ödəniş etmədən öncə abunəçilər mütləq şəkildə məlumatlandırılırlar.

Amma Bakıda keçirdiyimiz soğrudan görünür ki, bu problem hələ də aktualdır. Bakı küçələrində rastımıza çıxanlardan soruşmuşuq ki, mobil operatorun xəbəriniz olmadan sizi hansısa xidmətə qoşması halı rastlaşırsınızmı?

Mobil operator vətəndaşı özündən xəbərsiz hansısa xidmətlərə abunə edir?
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

Yenə monopoliya

Müxalif Real Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli bu problemin hələ də öz həllini tapmamasını inhisarda, məmur biznesində görür. İnhisar olan yerdə isə rəqabət ola bilməz, rəqabət olmayanda da keyfiyyət də olmur:

“Azərbaycanda müqavilələr mobil operatorların xeyrinə bağlanır. Müştərilər də açığı əvvəlcədən oxumadan müqaviləni imzalayırlar. Sonra mobil operatorlar müqaviləni əsas gətirərək, vətəndaşların qarşısına əsas fakt kimi qoyurlar. Azərbaycanda digər sahələrdə olduğu kimi bu sahədə də rəqabətli mühit artmalıdır. Ciddi rəqabət olduqda həm qiymətlər aşağı düşə, həm də xidmətin keyfiyyəti arta bilər”.

AzadlıqRadiosunun OCCRP Mütəşəkkil Cinatəkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi ilə birgə bir neçə il əvvəl apardığı araşdırmaya görə Azercell və Azerfonun səhmdarları arasında prezident qızları Leyla və Arzu Əliyevalar da var.

Azərbaycanın ikinci böyük mobil operatoru “Bakcell”in sahibi isə ofşor zonada - Vircin adalarında qeydiyyatdan keçmiş "GTİB 1996" şirkətidir. Bu şirkətin kimə aid olduğu bəlli deyil.

Hakimiyyət təmsilçiləri prezident qızları haqda araşdırmaları nə təkzib, nə də təsdiq edib. Amma Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Virtualaz.org saytına bu araşdırmaları "Qərbdəki müəyyən dairələrin Azərbaycana qarşı təşkil olunmuş “qara piar” kampaniyasının tərkib hissəsi adlandırıb

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG