Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:51

Mobil telefonların qeydiyyat rüsumu artırılıb


Şəxsi istehlak məqsədilə Azərbaycana gətirilən mobil cihazların qeydiyyata alınmasında dövlət rüsumu artırılıb.

Nazirlər Kabineti iyulun 31-də “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”ni təsdiq edib. Qərar qurumun saytında dərc edilib.

Foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödəniləcək.

Onun bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda rüsum 30, 200-ə qədər olduqda isə 50 manat müəyyən edilib.

Cihazın bazar qiyməti 201 ABŞ dollarından 400-ə qədər olduqda 60, 700-ə qədər olduqda 70, 1 000 olduqda 100 , 1001-dən yuxarı olduqda isə 150 manat rüsum ödəniləcək.

Bundan əvvəl isə bazar qiymətindən asılı olmayaraq bütün mobil cihazların qeydiyyata alınmasına görə 5 manat dövlət rüsumu ödənildiyi bildirilirdi.

XS
SM
MD
LG