Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:00

Yeni tədqiqat: 'Mobil telefonlar xərçəng yaratmırmış'


Alimlər mobil telefonları qulağa yaxınlaşdıraraq danışmağın təhlükəsiz olduğunu deyirlər.
Alimlər mobil telefonları qulağa yaxınlaşdıraraq danışmağın təhlükəsiz olduğunu deyirlər.

Aparılan son tədqiqatlar mobil telefonların beyin xərçəngi yaratmasına dair güclü dəlil aşkarlamayıb. Alimlər mobil telefonları qulağa yaxınlaşdıraraq danışmağın təhlükəsiz olduğunu deyirlər.

Aparılan iki tədqiqat gedişində alimlər siçan və siçovulları güclü mobil telefon radiasiyasına məruz qoysalar da, bu növ radiasiyanın beyin toxumalarında yaranan şişlərlə hər hansı güclü əlaqəsini aşkarlamayıblar.

Qulaqcıq taxa bilərsiniz

Daha öncə aparılan tədqiqatlar da narahatlığa çox az səbəb üzə çıxarmışdı. Ancaq ən yeni araşdırmalar zamanı alimlər məsələyə daha yaxından baxmağa çalışıblar.

Siçovulların mobil telefonların radiasiyasına məruz qoyulması nəticəsində erkək heyvanlarda ürək şişlərinin yarandığı müşahidə edilib. Dişi heyvanlarda isə hər hansı xüsusi dəyişiklik nəzərə çarpmayıb.

«Özüm telefonumu qulağıma yaxın tuturam. Mobil telefonlarla xərçəng arasında əlaqəni göstərən dəlillər çox zəifdir. Bu vaxta qədər biz insanlarda mobil telefonlarla bağlı xərçəng riski aşkar etməmişik. Ancaq siz... narahatsınızsa, qulaqcıq taxa bilərsiniz», – Amerika Xərçəng Cəmiyyətinin baş tibb mütəxəssisi doktor Otis Brawley deyir.

Bakıda siqaret qadağası: çayxanalara gileyli, çəkməyənlər sevinclidir
Gözlə

No media source currently available

0:00 0:03:36 0:00

Tədqiqatın aparıcı müəllifi, Milli Ekoloji Sağlamlıq İnstitutunun mütəxəssisi John Bucher-in sözlərinə görə, erkək siçovullarda müşahidə edilən ürək şişlərinə insanlarda təsadüf olunmur. Bucher-in təmsil etdiyi qurumun ABŞ Qida və Dərman Administrasiyasının sifarişi ilə apardığı 25 milyon dollarlıq tədqiqatın nəticələrinə görə, mobil telefonlardan istifadə təhlükəsizdir.

Bucher həmçinin qeyd edib ki, insanların gündəlik həyatda işlətdikləri mobil telefonların radiasiyası alimlərin təcrübə zamanı tətbiq etdikləri telefonlarınkından dəfələrlə aşağıdır.

Gündə 9 saatlıq radiasiya

Təcrübə zamanı siçovul və siçanlar iki il ərzində gündə doqquz saat çox yüksək «radiasiya bombardmanı»na məruz qoyulublar.

Maraqlıdır ki, bu heyvanlar radiasiyadan uzaq tutulan heyvanlardan daha çox yaşayıblar. Bucher bunun sadəcə təsadüf ola biləcəyini desə də, radiasiyanın siçovulların orqanizmində iltihabı azaldaraq xəstəliklərin yaranması riskini məhdudlaşdırması ehtimalını da istisna etməyib.

Siçovulların üzərində təcrübə zamanı heyvanlarda DNT-nin zədələnməsi, beyin və başqa şiş növlərinin artması müşahidə olunsa da, bunun məhz mobil telefonlarla bağlılığı sübuta yetirilməyib.

Los-Ancelesdəki Kaliforniya Universitetinin epidemiologiya professoru, əvvəllər Ümumdünya Səhiyyə Təşkilatının radiologiya araşdırmaları şöbəsinin rəhbəri olmuş Leeka Kheifets hətta bu dəyişikliklərin son dərəcə əhəmiyyətsiz olduğunu deyir.

Azərbaycanda xərçəng xəstələrinin böyük səhvi...
Gözlə

No media source currently available

0:00 0:02:54 0:00

Əks arqumentlər

Son tədqiqatın nəticələri uzun zamandan bəri mobil telefon radiasiyasını tənqid edənlərin, o cümlədən Nyu-York Dövlət Universitetinin ekoloji sağlamlıq departamentinin rəhbəri David Carpenter-in fikirlərini təsdiqləməyib. Ancaq Carpenter hesab edir ki, aparılan tədqiqat bəzi nadir problemləri aşkarlaya biləcək qədər geniş deyil və mobil telefon radiasiyasının beyin xərçənginə yol açmasına dair əvvəlki tapıntılar görməzdən gəlinə bilməz.

«Bu, siqaret qədər təhlükəli deyil, ancaq həddindən artıq istifadə real təhlükə yaradırmı? Bəli, yaradır», – Carpenter jurnalistlərə deyib.

2011-ci ildə Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin bir işçi qrupu mobil telefonların xərçəngə səbəb ola biləcəyi ehtimalını irəli sürmüşdü. Ancaq həm bundan öncə, həm də sonra illər ərzində aparılan çoxsaylı tədqiqatlar bu ehtimalın doğruluğunu sübuta yetirə bilməyib.

Ən böyük tədqiqatlardan biri, 2010-cü ildə gerçəkləşdirilən, 13 ölkəni əhatələyən təhlil nəticəsində belə yetərincə dəlil aşkarlanmayıb. Danimarka alimləri 13 il ərzində mobil telefon istifadəçisi olmuş insanların arasında araşdırma nəticəsində ciddi bir tapıntı aşkar etməyiblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG