Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:59

ABŞ-ın maliyyə naziri ‘jurnalistin itməsinə’ görə Səudiyyə konfransında iştirak etməyəcək


Steve Mnuchin

ABŞ-ın maliyyə naziri Steven Mnuchin səudiyyəli jurnalist Jamal Khashoggi-nin yoxa çıxmasının arxasında bu ölkənin durması barədə iddialar yayıldıqdan sonra, Səudiyyə Ərəbistanında keçiriləcək investisiya konfransında iştirak etməyəcəyini bildirib.

Mnuchin oktyabrın 18-də Twitter-də yazıb ki, bu barədə qərar Ağ Evdə prezident Donald Trump və dövlət katibi Mike Pompeo-nun iştirakilə keçirilən müzakirədə qəbul olunub.

Pompeo bu həftə jurnalistin yoxa çıxması barədə müəmmanı müzakirə etmək üçün Riyada səfər etmiş, kral Salmanla görüşmüşdü.

Pompeo deyib ki, ABŞ bu barədə hər hansı qərar qəbul edənədək Səudiyyə Ərəbistanı və Türkiyənin apardığı araşdırmaların nəticələrini gözləyəcək.

Səudiyyə rəhbərliyini kəskin tənqid edən Khashoggi oktyabrın 2-də Səudiyyənin İstanbuldakı konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb. Səudiyyə Ərəbistanı jurnalist barədə məlumata malik olmadığında israr edir.

Türkiyə xəfiyyələri oktyabrın 17-18-də Sədiyyə konsulunun iqamətgahında axtarış aparıblar.

Bir çox qlobal liderlər jurnalist Khashoggi ilə əlaqədar yaranmış vəziyyətlə bağlı Səudiyyə Ərəbistanında keçiriləcək mötəbər investisiya konfransında iştirakdan imtina ediblər.

Bunların arasında Beynəlxalq Valyuta Fondunun rəhbəri Christine Lagarde, Dünya Bankının prezidenti Jim Yong Kim və Avropa ölkələrinin başçıları da var.

XS
SM
MD
LG