Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:59

MN: Laçın yolu ətrafında ‘lokal zəruri nəzarət tədbirləri’ həyata keçirilib


Azərbaycan Müdafiə Nazirliyinin binası, arxiv foto
Azərbaycan Müdafiə Nazirliyinin binası, arxiv foto

Nazirlik Qarabağda səngər qazıntısının qarşısını aldığını bildirir

Azərbaycanın Müdaifə Nazirliyi bildirir ki, martın 25-i Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı biləşmələrinin səngər qazma cəhdinin qarşısı alınıb.

Məlumatda hadisənin Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində müşahidə olunduğu bildirilir.

Nazirlik vurğulayır ki, kənd təsərrüfatı işləri adı altında səngər qazıntısına cəhd göstərilib.

"Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb"-Nazirliyin məlumatında bildirilir.

Separatçı qurum mövqe irəlləyişi olduğunu bildirir

Bu arada, Qarabağdakı separatçı qurumun yaydığı məlumatda iddia olunur ki, martın 25-də Azərbaycan ordusu Şuşa-Lisaqor istiqamətində müəyyən mövqe irəliləyişini təmin edib.

Müadifə Nazirliyinin martın 25-də yaydığı digər məlumatda isə son günlər Ermənistandan Azərbaycan ərazisinə canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının intensivləşdiyi bildirilir.

"Bu daşımalar, xüsusilə gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə həyata keçirilir." məlumatda vurğulanır.

Nazirlik bildirir ki,"qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən bəzi dağlıq və torpaq ərazilərdən keçməklə bir neçə marşrut üzrə yeni yolların çəkilməsi, həmçinin köhnə cığırların genişləndirilməsi üzrə işlər həyata keçirilir..."

Məlumatda intensivləşmənin ordunun texniki müşahidə vasitələri ilə qeydə alındığı bildirilir.

Nazirlik bu halların qarşısının alınması ilə bağlı çoxsaylı müraciətlərin də nəticəsiz qaldığını qeyd edir.


Məlumatda bildirilir ki, silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.

Bu məlumata, hələlik, Ermənistan müdafiə Nazirliyi və başqa maraqlı tərəflərin münasibəti bəlli deyil.

Hadisə ilə bağlı Rusiya Müdafiə Nazirliyinin xəbər bülletenində yazılanlar

Rusiya Müdafiə Nazirliyinin martın 25-də yaydığı xəbər bülletenində Azərbaycan Silahlı Qüvvələri 3 tərəfli bəyanatın 1-ci bəndini pozmaqda ittiham edilir.

Xəbərdə bildirilir ki,martın 25-də Azərbaycan Silahlı Qüvvələrinin bölməsi "9 noyabr tarixli bəyanatının 1-ci bəndini pozaraq, 2020-ci il Şuşa rayonu ərazisində qoşunların təmas xəttini keçərək 2054,0 nişanlı hündürlüyü (Sarıbaba dağından 2,9 km şimal-şərqdə) tutub və postun mühəndis avadanlığının işə salınmasına başlanıb."

Hələki Azərbaycan Müdafiə Nazirliyinin bu məlumata reaksiyası bəlli deyil.

Azərbaycan tərəfinə dövlət başçılarının üçtərəfli sazişlərinin müddəalarına əməl olunması, mühəndis-texniki işlərin dayandırılması və milli silahlı qüvvələrin bölmələrinin əvvəllər tutduqları mövqelərə çıxarılması üçün tədbirlərin görülməsinin zəruriliyi barədə məlumat verilib.

Azərbaycan bundan əvvəl bir neçə dəfə bəyan edib ki, Ermənistan Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Qarabağa torpaq yolla (Xankəndi-Xəlfəli-Turşsu) hərbi daşımalar həyata keçirir. Ermənistanın Müdafiə Nazirliyi belə məlumatları "dezinformasiya" adlandırıb.

Ötən il dekabrın 12-dən Laçın-Xankəndi yoluna toplaşıb özlərini ekofəallar kimi təqdim edən Azərbaycan vətəndaşları növbəli aksiya keçirirlər. Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirlər. Ermənistan tərəfi isə Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və humanitar böhran yaratmaqda ittiham edir.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG