Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

MKİ direktoru Rusiyanın casus rəhbərləri ilə görüşünü müdafiə edir


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mike Pompeo
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mike Pompeo

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Rusiya kəşfiyyat agentliklərinin rəhbərləri ilə Vaşinqtonda görüşmək qərarını müdafiə edib. O deyib ki, bu görüşlə heç bir pozuntiya yol verilməyib və belə görüşlər cari praktikaya daxildir.

Mike Pompeo bu barədə Senatın demokrat lideri Chuck Schumer-ə fevralın 1-də yazılmış məktubunda məlumat verir. Schumer keçən həftə Pompeonun Rusiya Federal Təkhlükəsizlik Xidmətinin və Xarici Kəşfiyyat İdarəsinin, FTX və SVR-in rəisləri ilə görüşməsini tənqid etmişdi.

FTX və SVR-in başçıları Aleksandr Bortnikov və Sergey Narışkin ABŞ-ın sanksiyaları altında olsalar da, Birləşmiş Ştatlara səfər etmişdilər.

Rusiyanın GRU kimi tanınan hərbi kəşfiyyatı başçısının da Vaşinqtona səfər etdiyi barədə xəbər verilmişdi. Lakin onun kiminlə görüşdüyü məlum deyil.

ABŞ kəşfiyyatının bir çox keçmiş əməkdaşları da bildirirlər MKİ direktorları vaxtaşırı rusiyalı həmkarları ilə kommunikasiyada olurlar, amma Rusiyanın üç kəşfiyyat idarəsi rəislərinin Vaşinqtona eyni vaxtda səfəri son dərəcə qeyri-adidir.

Bundan başqa MKİ görüşündən bir neçə gün sonra Trump administrasiyası Rusiya siyasilərinə və oliqarxlarına qarşı yeni sanksiyalar qoymayacağını elan edib.

Administrasiyanın belə bir qərarı bir çox müşahidəçiləri bərk təəccübləndirib. Dövlət Departamentinin azı bir rəsmisi administrasiyanın sanksiyalardan çəkinmə qərarını “düşündürücü” adlandırıb və bildirib ki, bu işə administrasiyanın rəhbərliyindən göstəriş ola bilərdi.

Pompeo bunu da bildirib ki, Rusiyanın kəşfiyyat rəhbərləri ilə söhbət asan olmayıb.

Pompeo-nun Schumer-ə məktubunda deyilir: “Belə görüşlər baş verəndə siz və Amerika xalqı əmin olmalıdır ki, biz Rusiya və Amerika maraqlarının üst-üstə düşmədiyi çox qəliz məsələləri müzakirə edirik. Biz belə görüşlərdə Amerikanı qətiyyətlə müdafiə edirik və geri çəkilmirik, heç vaxt da cəkilməyəcəyik”.

ABŞ kəşfiyyatı FTX-ni və Baş Kəşfiyyat İdarəsini ABŞ-ın siyasi partiyalarının serverlərinə kiberhücumların arxasında durmaqda ittiham edib.

Öz növbəsində Rusiyanın Xarici Kəşfiyyat Xidməti Birləşmiş Ştatlarda gizli fəaliyyət göstərən casuslara rəhbərlik edir. Belə casuslardan bir qrupu 2010-cu ildə ifşa edilərək ABŞ-dan deportasiya olunub.

Bu kəşfiyyat orqanı habelə Donald Trump kampaniyasının üzvü Carter Page-i ələ almaq cəhdində ittiham olunur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG