Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

Mitinqlərin keçirildiyi 'Məhsul' stadionu təmirə bağlanıb


«Məhsul» stadionu. 10 sentyabr 2019
«Məhsul» stadionu. 10 sentyabr 2019

Bakının Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksində əsaslı təmir-tikinti işlərinə başlanıb.

AzadlıqRadiosunun əməkdaşı da sentyabrın 10-da kompleksin ərazisində olub.

Həmin ərazidə deyiblər ki, kompleksin stadionunun ot örtüyü dəyişəcək, divarlarına yeni üzlük vurulacaq. «Bir sözlə, bu stadion beynəlxalq standartlara uyğun təmir edilməlidir», - deyə qeyd ediblər.

Sakinlər isə narahatdır ki, stadion sökülüb yerində yaşayış binası tikilə bilər.

Metronun «İnşaatçılar» stansiyasının yaxınlığında yerləşən bu kompleksin stadionu mitinq məkanı kimi də tanınır. Bakı şəhər İcra Hakimiyyəti kütləvi tədbirlərdən ötrü Yasamal rayonunda bu stadionu ayırıb.

Sentyabrın 10-da Yasamal rayon İcra Hakimiyyətindən report.az-a bildiriblər ki, stadion uzun illərdir əsaslı təmir aparılmaması, baxımsız qalması səbəbindən pis vəziyyətə düşüb: «Buna görə burada hər hansı idman tədbirlərin keçirilməsi mümkünsüz olub. Stadion gecə saatlarında tüfeyli həyat tərzi keçirən şəxslərin yığılma yerinə çevrilmişdi və bu da ətraf binalarda yaşayan sakinlərin narazılığına səbəb olub. Sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, həmçinin stadionun müxtəlif idman yarışları üçün yararlı vəziyyətə salmaq, burada idman qurğularını, ot örtüyünü yeniləmək məqsədilə Yasamal rayonu, İdman-Sağlamlıq Kompleksində («Məhsul» stadionu) əsaslı təmir işlərinə başlanıb».

Müxalifət etiraz mitinqində "siyasi məhbuslar"ın azad edilməsi və korrupsiyaya son qoyulmasını tələb etdi
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

Xatırlatma

Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda sonuncu mitinqi bu il yanvarın 19-da Milli Şura keçirib. Bu, 2019-cu ildə Bakı şəhər İcra Hakimiyyətinin «yaşıl işıq» yandırdığı yeganə aksiya olub. Paytaxt rəhbərliyi Milli Şuranın yanvarın 26-da, fevralın 23-də, martın 2-də, aprelin 6-da, aprelin 20-də, mayın 5-də və mayın 11-də eyni stadionda keçirmək istədiyi mitinqlərə razılıq verməyib. Buna səbəb kimi son aksiyada qanunvericiliyin tələblərinin pozulması və stadion ətrafında fəaliyyət göstərən obyekt sahiblərinin şikayəti göstərilib.

Müsavat Partiyasının, Qarabağ Komitəsinin, Azərbaycan Xalq Hərəkatının Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda və başqa məkanlarda aksiyalar üçün müraciətlərinə də şəhər rəhbərliyindən mənfi cavab verilib.

Təmir işləri ilə bağlı AXCP-dən isə bildiriblər ki, bu, hakimiyyətin onların 19 yanvar mitinqindən hələ də çəkinməsinin göstəricisidir.

Bu fikrə isə, hələlik, rəsmilərdən münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG