Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:58

Bakıda aksiyaya cəhd edən namizədləri Yevlax, Kürdəmir, Şamaxı və Qobustana aparıblar -Yenilənir


Etirazçıları Mərkəzi Seçki Komissiyasının qarşısına buraxmayan polislər, 16 fevral 2020
Etirazçıları Mərkəzi Seçki Komissiyasının qarşısına buraxmayan polislər, 16 fevral 2020

Arif Hacılı Bayraq meydanında sərbəst buraxıldığını deyir

Müsavat Partiyasının başqanı Arif Hacılı "Bayraq meydanı" deyilən ərazidə sərbəst buraxıldığını açıqlayıb. Onun deməsinə görə, 4 saat ərazində onu avtomobillə Hacqabul rayonu ərazisində qədər apararaq geri qaytarıblar.

Aksiyada saxlanıb, sərbəst buraxılanların bütün bu açıqlamasına, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümükün olmayıb.

Polis MSK qarşısında aksiyanı belə dağıtdı (Yekun video)
Gözlə

No media source currently available

0:00 0:04:03 0:00

***

Müsavatçıları Ələtə, REAL sədri İlqar Məmmədovu da Şamaxıya aparıblar

Polislər etirazçını aparırlar, 16 fevral 2020
Polislər etirazçını aparırlar, 16 fevral 2020

ReAL Partiyasının sədri İlqar Məmmədov-u Şamaxıda "İzotop" zavodunun yanında sərbəst buraxıblar. Bu barədə onun yaxınları məlumat yayıblar.

İlqar Məmmədov deyib ki, onu Radioaktiv tullantıların saxlanması və emal edilməsi zavodun yanında düşürüblər. Vurğulamasına görə, bundan əvvəl də 4 saat maşında saxlayıb, gəzdiriblər, fiziki təzyiq olmayıb

Mustafa Hacıbəylinin dediyinə görə, Müsavat başqanı, deputatlığa namizəd Arif Hacılıdan hələ də bir xəbər yoxdur. Onun sözlərinə görə, ümumilikdə bu günki aksiyada müsavatçılardan 55 nəfər tutulub və hələ də heç kim sərbəst buraxılmayıb. Müsatafa Hacıbəyli onu da deyib ki, saxlananlardan aldığı məlumata görə, onları Ələtə doğru aparırlar.

REAL üzvü, deputatlığa namizəd Natiq Cəfərli partiya sədri İlqar Məmmədovun da harada saxlanmasından xəbərsiz olduqlarını deyir.

"Avtobusla 30 nəfəri (yarısı REALçıdır) Qobustanda buraxıblar indi maşın maşın tapa bilmirlər ki, geri qayıtsınlar"

Dediyinə görə aralarında nə baş verdiyini başa düşməyən vətəndaşlar da var. Deputatlığa namizəd Yadirag Sadıqlı da aksiyadan sonra özünün facebook səhifəsində Qobustan ərazisində buraxıldıqlaeı ilə bağlı foto paylaşıb.

Yadigar Sadıqlı, 16 fevral 2020
Yadigar Sadıqlı, 16 fevral 2020

***

MSK qarşısında saxlanan namizədlər rayonlarda və Bakı qəsəbələrində buraxılıb

Ülvi Həsənli Hacıqabul ərazisində, 16 fevral 2020
Ülvi Həsənli Hacıqabul ərazisində, 16 fevral 2020

Deputatlığa namizəd, D 18 hərəkətinin rəhbəri Ruslan İzzətlinin Yevlax rayonuna aparılıb, düşürüldüyü bildirilir. (Yevlax paytaxt Bakıdan təxminən 280 km uzaqda yerləşir) Bu barədə hərəkatın üzvü Samirə Ağayeva məlumat verib.
Saxlananlardan bəzilərinin isə başqa ərazilərdə sərbəst buraxıldığı qeyd edilir.
Onlardan Mehman Hüseynovun, Ülvi Həsənlini Kürdəmirdə, Rəbiyyə Məmmədovanın Qobustanda, Yadigar Sadıqlının isə Ələt ərazisində aparıldıqları maşından düşürüldüyü deyilir. Ülvi Həsənli AzadlıqRadiosuna deyib ki, o hazırda Hacıqabul rayonu ərazisində Mehman Hüseynovu gözləyir.

"Mehman Hüseynov məndən bir az aralıdadır, indi bir xırda avtovağzala oxşayan yerdə dayanmışam onu gözləyirəm və birgə Bakıya dönəcəyik"

***

BŞBPİ: MSK-nın binası önünə toplaşmağa cəhdin qarşısı alınıb

16 fevral 2020, MSK-nın qarşısı. Bakı
16 fevral 2020, MSK-nın qarşısı. Bakı

Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) bildirilib ki, bu gün, fevralın 16-da bir qrup şəxs əvvəlcədən rəsmi qaydada xəbərdar olunmalarına baxmayaraq saat 15 radələrində Mərkəzi Seçki Komissiyasının (MSK) inzibati binasının önünə toplaşmağa cəhd edib.

Qurumdan qeyd edildiyinə görə, cəhdin qarşısını polis əməkdaşları alıb və onlar ərazidən kənarlaşdırılıblar.

“Bu zaman ciddi qanun pozuntusu qeydə alınmayıb, saxlanılan və xəsarət alan olmayıb”, deyə BŞBPİ-dən vurğulanıb.

Amma qurumdan konkret say açıqlanmayıb.

***

Aksiya cəhdləri başa çatıb

Xüsusi geyimli polislər aksiyaçını saxlayıb, 16 fevral 2020
Xüsusi geyimli polislər aksiyaçını saxlayıb, 16 fevral 2020

İştirakçıların sözlərinə görə, onlar azı 100-dən çox şəxsin saxlanmasının şahidi olublar. Amma Daxili İşlər Nazirliyindən, hələlik, bu deyilənlərə münasibət almaq mümkün olmayıb.

Aksiyaya cəhdlər zamanı MSK yaxınlığında “ seçki haqqımdır”, “ saxtakarlığa yox”, "seçkiləri ləğv et” və “ azad seçki” kimi şüarlar səsləndirilib.

***

“ Seçki haqqımdır”, “ saxtakarlığa yox”...

MSK-nın qarşısında aksiya, 16 fevral 2020
MSK-nın qarşısında aksiya, 16 fevral 2020

Bir qrup şəxs MSK yaxınlığında “ seçki haqqımdır”, “ saxtakarlığa yox”, "ləğv et” və “ azad seçki” kimi şüarlar səsləndirirlər....
Polis bu şüarları səsləndirən şəxslərdən də bir neçəsini saxlayıb.

Samirə Ağayeva: D18 Hərəkatının idarə heyətinin üzvləri Xutor tərəfə aparılır

D18 Hərəkatının idarə heyətinin üzvləri Elnur Suleymanov, Sakit Memmedli və Tehran Gəncəliyəv MSK-nın qarşısında saxlanılaraq avtobusa mindirilib və Xutor tərəfə aparılır.

***

Mustafa Hacıbəyli: 42 nəfər Müsavatçı saxlanıb, aralarında xeyli namizəd də var

Mustafa Hacıbəyli, arxiv foto
Mustafa Hacıbəyli, arxiv foto

Mustafa Hacıbəyli deyir bizə: 42 nəfər Müsavatçı saxlanıb aralarında xeyli namizədlər var, saxlananlar Qobustan istiqamətində aparılır. Arif hacılının vəkili kimi Nemət Kərimli bölməyə gedərkən onu da saxlayıblar

***

Ehsan Zahidov: “Polis idarəsinə və polis bölməsinə heç kim gətirilməyib..."

Ehsan Zahidov, arxiv foto
Ehsan Zahidov, arxiv foto

Qanunsuz, razılaşdırılmamış aksiyanın qarşısı alınarkən xəsarət alan olmayıb”. Bunu AzadlıqRadiosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov deyib.
Onun sözlərinə görə, fəal üzvlər sadəcə ərazidən uzaqlaşdırılıb.

“Müsavat” və “Real” partiyalarının sədrləri Arif Hacılı və İlqar Məmmədovun saxlanmasına gəlincə, Ehsan Zahidov deyib ki, onlar da saxlanılmayıb, ərazidən uzaqlaşdırılıb.
Ehsan Zahidov onların harda olduğunu deməyib.
“Saat 15 radələrində bir qrup şəxs xəbərdarlıq edilməsinə baxmayaraq MSK binası qarşısın toplaşmağa cəhd göstərib. Polis əməkdaşları tərəfindən həmin cəhdlərin qarşısı alındı”.

MSK qarşısında aksiya, deputatlığa namizədlər saxlanılır

Gülağa Aslanlı: 30-a yaxın müsavatçının saxlandığı avtobus hazırda Qaradağ istiqamətində hərəkət edir​

MSK qarşısında aksiya
MSK qarşısında aksiya

Gülağa Aslanlı deyir ki, Arif Hacılı barədə heç bir məlumat ala bilmirlər. 30-a yaxın müsavatçının saxlandığı avtobus isə hazırda Qaradağ istiqamətində hərəkət edir, saxlananları şəhərən çıxarırlar

Deputatlığa namizəd Xalid Bağırov da saxlananlar arasındadır. O saxlandığı avtobusun pəncərəsindən "Biz seçki saxtakarlığına etiraz edirik" deyə qışqırıb. Amma az sonra polis avtobusun pəncərəsini bağlayıb.

Xalid Bağırov, 16 fevral 2020
Xalid Bağırov, 16 fevral 2020

***

REAL-çılar İlqar Məmmədovun hara aparıldığını bilmirlər

İlqar Məmmədov, arxiv foto
İlqar Məmmədov, arxiv foto

Natiq Cəfərli deyir ki, İlqar Məmmədovun harada saxlandığını hələ də öyrənə bilmirlər, BMCMİ, BŞBPİ-dən saxlandığını inkar edirlər. Dediyinə görə, REAL-çılardan azı 20 nəfər saxlanıb.

Deputatlığa namizədlərdən Natiq Cəfərli Azadlıq Radiosuna deyib ki, onlardan 40 nəfərə yaxın saxlanan var. Bildirməsinə görə, onun özünü də yarım saat maşında saxlayıb, sonra buraxıblar.

***

Deputatlığa namizəd Rəbiyyə Məmmədova da saxlanıb.O da saxlanmazdan əvvəl seçkidən narazılıqlarını ifadə etməyə şərait yaradılmadığını demişdi.

Deputatlığa namizəd Rabiyyə Məmmədova, arxiv foto
Deputatlığa namizəd Rabiyyə Məmmədova, arxiv foto

***

Deputatlığa namizəd DİN saxlananlarla bağlı məlumatları təkzib etməsinə etiraz edir

Deputatlığa namizəd Rəbiyyə Məmmədova jurnalistlərə açıqlama verib. Onun deməsinə görə, hakimiyyət rəsmiləri vurğulayıblar ki, namizədlər seçkidən narazı olsalar öz narazılıqlarını ifadə edə bilər. Rəbiyyə Məmmədova qeyd edib ki, narazılığı ifadə etməyə şərait yaradılmır.O, əlavə edib ki, Mərkəzi Seçki Komissiyasına gələn bütün yollar bağlanıb.

Xədicə İsmayıl yolların bağlanmasına etiraz edir
Gözlə

No media source currently available

0:00 0:00:47 0:00

Deputatlığa namizəd əlavə edib ki, onların əlində bəzi şəxslərin saxlanmasına aid video görüntülər var, amma Daxili İşlər Nazirliyi bunu təkzib edir.

***

Keçmiş müstəntiq Rüfət Səfərov-un da saxlandığı bildirilir. Bu barədə Azadlıq Radiosuna Azərbaycan Xalq Cəbhəsi Partiyasından məlumat verilib. Keçmiş müstəntiqin də evinin yaxınlığında saxlandığı deyilir.Hələlik, bu məlumatı da Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək cəhdi nəticə verməyib.

***

Arif Hacılı da saxlanıb

Arif Hacılı aksiyaya gedərkən saxlandı
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00

Müsavat Partiyasının başqanı, deputatlığa namizəd Arif Hacılı da aksiyaya gedərkən saxlanıb. Onu evinin qarşısında, mülkü paltarlı adamlar saxlayaraq naməlum istiqamətə aparıblar. Arif Hacılı deyib ki, O, deputatlığa namizəddir və onu özünü təqdim etmədən saxlamaq tamamilə qanusuzdur.
Arif Hacılının saxlanmasına, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümükn olmayıb.

***

DİN hələlik təkzib edir


“ Turan” agentliyinin məlumatına görə, Daxili İşlər Nazirliyininin mətbuat xidmətindən isə saxlanmalarla bağlı deyilənləri təkzib ediblər. Saxlanmalarla bağlı, artıq sosial şəbəkələrdə videoların yayılması ilə bağlı suala cavab olaraq isə qurumun mətbuat xiddmətindən onların araşdırılcağı vurğulanıb.

***

Polis MSK-ya gedən yolları hər tərəfdən bağlayıb.

Yeni saxlananların olduğu deyilir, amma...

"Hərəkət" Seçki Blokundan namizədlər Mehman Hüseynovla Ülvi Həsənlinin də saxlandığı açıqlanıb.
Amma Bakı Şəhər Baş Polis İdarəsi bu məlumatları təsdiqləmir.
“Turan” agentliyinin xəbərinə görə, qurumun mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev deyib ki, İlqar Məmmədovun, Ruslan İzzətlinin, Mehman Hüseynovun , Ülvi Həsənov və başqa qeyd edilən şəxslərin saxlanılması ilə bağlı onların məlumatı yoxdur

***

İlqar Məmmədov və daha bir neçə nəfər saxlanıb

Fevralın 16-da Bakıda təyin edilən aksiya öncəsi saxlananlar var. Artıq mitinq təşkilatçılarından REAL sədri İlqar Məmmədov , D 18 Hərəkatının rəhbəri, deputatlığa namizəd Ruslan İzzətli və Müsavat Partiyasından Əlikram Xuşudov, Bakıxan Qəribli və Bayraməli Abdullayevin saxlandığı bildirilir. D18 hərəkatının İdarə Heyətinin üzvü Samira Ağayevanın AzadlıqRadiosuna dediyinə görə, onlar Ruslan İzzətlinin Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində olduğunu eşidiblər, amma bölmədən bunu təkzib ediblər. O, əlavə edib ki, Ruslan İzzətlini saat 12.20 radələrində hərəkatın ofisinin yaxınlığında mülki formalı şəxslər saxlayıb. İlqar Məmmədov və digər şəxslərin saxlanması və hara aparılması ilə bağlı məlumatları hələlik Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümükn olmayıb.

Mülki geyimli şəxslər İlqar Məmmədovu belə saxladılar
Gözlə

No media source currently available

0:00 0:00:52 0:00

ReAL, Müsavat partiyaları, D 18 Hərəkatı və bəzi müstəqil namizədlər fevralın 16-da etiraz aksiyası keçirirəcəklərini açıqlamışdılar.

Onlar bir həftə öncə, fevralın 9-da gerçəkləşən növbədənkənar parlament seçkilərində ciddi qanun pozuntularının baş verdiyini bildirərək elan edilən nəticələrin ləğv olunmasını tələb edirlər.

Amma təşkilatçılarla Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) arasında aksiyanın yeri ilə bağlı razılaşma əldə olunmayıb.Təşkilatçılar icra hakimiyyətinə əvvəlcə paytaxt Bakının mərkəzindəki ərazilərdən birində aksiya keçirmək istədiklərini bildirmişdilər. BŞİH qeyd edilən yerdə mitinqin nəqliyatın hərəkətinə problemlər yaradacağını səbəb göstərərk aksiyaya “ yaşıl işıq” yandırmamışdı.Amma sonradan icra hakimiyyəti təşkilatçılara şəhərin mərkəzindən kənar bir ərazini təklif etmişdi. Təşkilatçılar da öz növbələrində bunu qəbul etməyərək, icra hakimiyyətinə təkrar müraciət edərək, orada şəhərin mərkəzində və mərkəzə yaxın ərazilərdə alternativ kimi 4 meydanın adlarını çəkərək, həmin ərazilərdə aksiya keçirməyə hazır olduqlarını vurğulamışdılar.Amma şəhər icra hakimiyyəti bu müracitlə də razılaşmayıb.

Bakı şəhər Baş Polis İdarəsi isə bu ara təşkilatçılara bəyan edib ki, aksiya şəhər rəhbərliyi ilə razılaşdırılmamış ərazidə keçiriləcəksə buna imkan verilməyəcək.

Xatırlatma

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komisiyası (MSK) dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb. Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının təmsilçiləri qazanıb.

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb. Rəydə seçkiyə aid bir sıra tənqidi fikirlər yer alıb.

Hazırda da bir çox dairələr üzrə şikayətlər eşidilməkdədir. MSK-dan deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq. Bundan sonra 4 dairədə nəticələr ləğv edilib. Hələ də, bir çox şikayətlərə baxılır.

Prezident İlham Əliyev də bu günlər vurğulamışdı ki, bu seçkilərdə pozuntular olubsa, araşdırılacaq. «Bilirəm ki, Mərkəzi Seçki Komissiyası artıq fəal işə başlayıb, yerlərdən məlumat toplayırıq. Biz istəmirik ki, pozuntular olsun. Pozuntulara yol verən şəxslər öz cəzasını almalıdırlar ki, gələcəkdə belə hallara yol verilməsin»,- o vurğulayıb.

2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi.Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi.Onlar bunu prezident İlham Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

Müxalifətdən Milli Şura və bəzi qüvvələr isə bu seçkiləri baykot etmişdilər.Onlar deyirdilər ki, Azərbaycanda azad və əadalətli seçkilərdən ötrü imkan yoxdur. Hərçənd, MSK rəhbərliyi və rəsmilər bu fikirlə razılaşmırlar.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG