Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:40

Müxalifət seçkini 'məzhəkə' adlandırdı [Mitinqdən reporaj]


Müxalifətin 31 mart mitinqi [Yekun video]
Gözlə

No media source currently available

0:00 0:04:14 0:00

Müxalifətin 31 mart mitinqi [Yekun video]

Bakı Şəhər Baş Polis İdarəsi Milli Şura və Müsavat Partiyasının mitinqi ilə bağlı məlumat yayıb.

İdarədən bildiriblər ki, martın 31-də Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirilib.

Bakı polisinin vurğulamasına görə, aksiyada ümumilikdə 1200 nəfərədək şəxs iştirak edib.

“İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb”, deyə açıqlamada yazılıb.

Aksiyanın təşkilatçıları isə Bakı Şəhər Baş Polis İdarəsinin sayla bağlı ifadə etdiyi rəqəmi dəqiq hesab etmirlər. Təşkilatçıların bildirməsinə görə, say dəfələrlə kiçildilib.

***

Milli Şuranın sədri Cəmil Həsənli prezident seçkilərini "məzhəkə" adlandırıb.

Onun fikrincə, prezidentliyə namizədlər "qırx nəfərin içində hörməti olmayan adamlardı".

Milli Şura sədri Cəmil Həsənli isə çıxışında növbədənkənar prezident seçkisini “ məzhəkə” adlandırıb.

Cəmil Həsənli prezidentliyə namizədlər haqda: "Seçki adıyla məzhəkə..."
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00

“Bu millət yalançıya, korrpsionerə 25 ildir dözür. Hansi seçkidən danışırlar? Xalqın seçki haqqın Əliyevlər mənimsəyib. Azərbaycan konstitsuyasına görə, xalqın seçki hüququnu əlindən almaq ən böyük cinayətdir. İlham Əliyev cümhuriyyət ənənələrinin axırına çıxıb”, deyə o vurğulayıb.

Ancaq istər Mərkəzi seçki Komissiyasının rəhbərliyi, istərsə də dövlət başçısı seçki prosesinə fərqli qiymət verirlər.

Dövlət Bşçısı İlham Əliyev martın 30-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının rəhbəri xanım Korin Yonkeri qəbul edərəkən deyib ki,seçkilərin demokratik, ədalətli və şəffaf olacağına, Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əmindir.

***

AXCP-nin 3 fəalına inzibati qaydada həbs cəzası verildiyi deyilir. Bu barədə AXCP sədi Əli Kərimli məlumat verib.

“ATƏT müşahidə apardığından bu dəfə mitinq öncəsi təzyiqlər az oldu.Ancaq onlarla fəal polisə çağırıldı. AXCP-nin 3 fəalına isə sutkalıq həbslər virildi. Abdulla Mahmudov 30 sutka, Ayaz Qasımov 15 sutka, Orxan Baxışlı 30 sutka alıb”, deyə Əli Kərimli vurğulayıb.

Milli Şura və Müsavat Partiyasının bundan öncəki mitinqi ərəfəsində isə 100-dən çox fəalin polisə aparıldığı, 6 nəfərin inzibati həbs cəzası aldığı bildirilmişdi.Həmin 6 şəxs rəsmən polisin qanunu tələbinə əməl etməməkdə ittiam edilmişdilər.Ancaq polisə çağırılma şikayətləri ilə bağlı isə rəsmi izahat verilməmişdi.

Əli Kərimlinin son həbslərlə bağlı dediklərini də Daxili İşlər Nazirliyindən, hələlik, dəqiqləşdirmək mümkün olmayıb.

***

“İlham Əliyev Lələtəpə yüksəkliyinin azad edilməsi ilə çox öyünür.Ancaq bizim hədəfimiz tək Lələtəpə ola bilməz.Bizim hədəfimiz Dağlıq Qarabağ olmalıdır”

Bunu isə Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

O, çıxışında Azərbaycanın beyənlxalq aləmdəki imicinə toxunub.

Vurğulayıb ki, Azərbaycan beynəlxalq aləmdə ancaq offşorlara daşınan pullar ilə “məşhur”dur.

A.Hacılı həmçinin deyib ki, ölkədə işsizlik yüksək səviyyədədir.

Azərbaycan rəsmiləri isə ölkədə işsizliyin səviyyəsinin yüksək olması ilə bağlı səslənən fikirləri qəbul etmirlər. Dövlət başçısı İlham Əliyev dəfələrlə vurğulayıb ki, ölkədə işsizlik də, yoxsulluq da 5 faizə düşüb.

Müsavat başqanı Arif Hacılı: "İlham Əliyev Lələtəpənin alınması ilə qürurlanır. Amma..."
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

***

“2003-cü ildə Heydər Əliyevin vəsiyyəti ilə məmurlar yaralı Azərbaycanı İlham Əliyevin qarşısına atdılar.Onun ailəsinin, qohumlarının qarşısına atıblar.Bu illər ərzində bu ailə, bu komanda yaralı Azərbaycanı sökməklə, parçalamaqla məşğuldur.”

Bunu isə mitinqdə çıxış edən Müsavat Partiyası Divanın üzvi Tofiq Yaqublu deyib.

Tofiq Yaquboğlu daha sonra hakimiyyəti seçki saxtakarlığında ittiham edib.

O deyib ki, Qarabağ savaşıının ilk illərində indiki dövlət başçısı Moskvada olub:

“İlham Əliyev Moskva Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. İngilis dilini bilirdi. Heydər Əliyev onu niyə Xarici İşlər Nazirliyinə göndərmədi, Neft Şirkətinə göndərdi. Çünki orada pul vardı, oğurlamaq vardı. Bunların Azərbaycanı talamaqdan başqa heç bir məqsədləri yoxdur.Bunlar 7 il məsələsin niyə ortaya atıblar? Çünki oğurlamağa yenə var.”

Hakimiyyət rəsmiləri isə müxalifətin korrupsiya ilə bağlı ittihamını qəbul etmirlər. Hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının rəhbərləri deyir ki, prezident İlham Əliyevin korrpsiya ilə mübarizədə siyasi iradəsi ortadadır. Onların fikrincə, əksinə müxalifət korrpsiyaya bulaşıb. Hakimiyyəti müdafiə edən bəzi şəxslər, üstəlik, bəzi müxalifətçiləri xaricdən maliyyə almaqda ittiham edirlər.

Müsavat fəalı Tofiq Yaqublu İlham Əliyevlə komandasını ittiham etdi
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

***

Mitinqdə çıxış edən vəkil Osman Kazımov isə polislərə müraciət edib:

“Əzizlərim “ Polsi haqqında” qanuna görə siz xalqı müdafiə etməlisiniz, məmurları yox…”

Osman Kazımov deyib ki, polislər də onlara dogma, qardaş adamlardır:

“Biz mitinqdən sonra evlərimizə gedəcəyik.Onlar isə xidmətlərini davam etdirəcəklər. Həyatlarını risqə atacaqlar…”

O.Kazımov Qarabağ münaqişəsindən danışarkən Əbülfəz Elçibəy hakimiyyəti ilə mövcud hakimiyyət arasında parallel aparıb: “Ə.Elçibəy hakimiyyəti dövründə Qarabağın 1/3 azad edilmişdi, sonrakı hakimiyyətin ilk illərində isə 6 rayon işğal edildi”

***

AXCP sədri Əli Kərimli 1918-ci ilin mart qırğınından danışarkən deyib ki, "erməni terroru 100 ildi davam edir". O, Qarabağın 25 ildir işğal altında olduğunu, dünya ictimaiyyətinin buna göz yumduğunu deyib: "Biz həm dünya ictimaiyyətindən, həm də Qarabağı qaytarmağa səy göstərməyən Azərbaycan hökumətindən Qarabağı istəyirik".

Əli Kərimli hökuməti Rusiyadan yararsız silah almaqda suçlayır
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

Əli Kərimli həm də hökuməti Rusiyadan yararsız silah almaqda suçlayıb.

Azərbaycanın Müdafiə Nazirliyi bu günlərdə bəyan edib ki, Rusiyadan alınan silahların yararsız olması haqda məlumatlar həqiqətə uyğun deyil.

Əli Kərimli çıxışında həmçinin vurğulayıb ki, ölkədə 160 civarında siyasi məhbus var.

“Onlar bu milləti sevən ninsanlardır.”, deyən Əli Kərimli onlardan bəzilərinin adını çəkib.

Ancaq Azərbaycanda hakimiyyət rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Əli Kərimli hakimiyyəti korrpsiyada da ittiham edib

Bu zaman meydanda “istefa” şüarları səslənib.

AXCP sədri vurğulayıb ki, Azərbaycanda monopoliyanın başında dövlət başçısı İlham Əliyev durur.

Əli Kərimli deyib ki, İlham Əliyevin hakimiyyətini daha 7 il uzadmağa haqqı yoxdur.

“İktidarda olduğu müddətdə yalanı dövlət siyasətinə çevirmiş, ölkədə söyüşü siyasətə gətirmiş bir şəxsin 4-cü dəfə prezident seçilməyə haqqı varmı?”deyə AXCP sədri sual edib.

***

Mitinqin keçirildiyi məkandan verilən məlumata görə, ərazidə tez-tez internetdə kəsilmələr yaranır. Bu üzdən aksiyadan canlı yayımın verilməsində problem yaşandığı bildirilir.

Milli Şura və Müsavat Partiyasının bundan əvvəl martın 10-da keçirdiyi mitinq zamanı da internetdə ciddi problem yaşandığından jurnalistlər aksiyanın gedişindən canlı yayım verə bilməmişdilər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən isə bununla bağlı hər hansı izahat verilməmişdi.

***

Müxalifətçilər meydana toplaşmağa başlayır. Onların əllərində beynəlxalq hüquq-müdafiə təşkilatlarının siyasi məhbus saydığı şəxslərin şəkilləri var.

Qaldırılan şüarlarda həmin məhbuslara azadlıq tələb edilir.

Mitinq başlanır
Gözlə
Embed

No media source currently available

0:00 0:01:02 0:00

Bu gün, martın 31-də Milli Şura və Müsavat Partiyası birgə mitinq keçirir.

Aksiya Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılıb.

Mitinqdə «Azad seçki!», «Korrupsiyaya yox!», «Monarxiyaya yox!», «Siyasi məhbuslara azadlıq!» kimi şüarların səsləndiriləcəyi bildirilir. Habelə, aksiyada 31 mart qırğınını pisləyən və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı şüarların səslənəcəyi də açıqlanıb.

Müxalifətçilər mitinqə toplaşır (31 mart, 2018)
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00

***

1918-ci il martın 31-də daşnak-bolşevik hərbi birləşmələrinin Bakıda və Azərbaycanın bir sıra bölgələrində kütləvi qırğınlar törətdiyi bildirilir. Bu il həmin hadisələrin 100 illiyi ilə bağlı ölkənin bir sıra yerlərində rəsmi və qeyri rəsmi anım mərasimlərinin keçirilməsi planlaşdırılıb.

Təşkilatçılar bildiriblər ki, mitinq 31 mart qırğınının 100 illiyinə düşdüyündən bu aksiyada da həmin hadisələr xatırlanacaq.

Milli Şurası və Müsavat Partiyası son dövrlər ilk birgə mitinqi bu il martın 10-da keçiriblər. Onda “Azad seçki!», «Korrupsiyaya yox!», «Monarxiyaya yox!», «Siyasi məhbuslara azadlıq!» kimi şüarlar səsləndirilib. Çıxışlarda növbədənkənar prezident seçkiləri ilə bağlı tənqidi fikirlər bildirilib.

Buna da bax: ‘100-ə nə qaldı’: Rəsulzadə: ‘Dini faciəmiz Aşuradır, milli faciəmiz – 31 mart’ [16-cı yazı]

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkisi dövlət başçısı İ.Əliyevin istəyi ilə 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək, onu boykot ediblər. Liderləri hazırda həbsdə olan REAL Hərəkatının təmsilçiləri də seçkiyə qatılmayıblar.

Azərbaycan rəsmiləri isə bəyan ediblər ki, ölkədə azad və ədalətli seçkilərdən ötrü bütün imkanlar var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG