Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 10:33

Azərbaycandan terror aktı baş verən kurorta uçuşlar başlanır


Şarm-əl-Şeyx
Şarm-əl-Şeyx

►İyunun 3-dən “Misir Hava Yolları” Bakıdan Şarm əl-Şeyxə reyslərə başlayacaq. Biletin qiyməti orta hesabla 350 ABŞ dolları təşkil edəcək

Misirin turizm sahəsində Azərbaycanla ikitərəfli əməkdaşlığı genişləndirmək istədiyi bildirilir.

Bu məqsədlə Misir Turizm İdarəsi və Misir Otelçilər Assosiasiyasının rəhbərlərindən ibarət missiya mayın 16-da Bakıda Fairmont Baku otelində təqdimat keçirib.

Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Suzan Cəmil bildirib ki, bu səfərin əsas məqsədi iki ölkə arasında turizm əlaqələrinin inkişaf etdirməkdən ibarətdir.

Səfirin deməsinə görə, iki ölkə arasında əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə Misirin 13 aparıcı turoperatorunun nümayəndələri Azərbaycanın turizm şirkətləri ilə əlaqələri qurmaqdan ötrü Bakıya gəliblər.

Mətbuat konfransında qeyd edilib ki, onlar Azərbaycan turistlərinə yüksək keyfiyyətli xidmət paketi təklif edirlər. İyunun 3-dən “Misir Hava Yolları” Bakıdan Şarm əl-Şeyxə reyslərə başlayacaq.

El-Salam, Qesm Sharm Ash Sheikh, South Sinai Governorate, Egypt
El-Salam, Qesm Sharm Ash Sheikh, South Sinai Governorate, Egypt

Reyslər cümə günləri Airbus-320 təyyarələri ilə olacaq. Biletin qiyməti orta hesabla 350 ABŞ dolları təşkil edəcək. Bilet bir il ərzində qüvvədə olacaq.

Misir Otelçilər Assosiasiyasının rəhbəri Əhməd Əyyub isəbildirib ki, Azərbaycan prezidenti Qahirəyə səfərə dəvət edilib:

«Misir prezidenti Əbülfəttah Sisi Azərbaycanlı həmkarını Qahirəyə rəsmi səfərə dəvət edib. Hesab edirəm ki, turizm vasitəsilə iki ölkə arasında siyasi əlaqələr də inkişaf edəcək»

____________________________________________________________

Bunlara da bax:
Vəkil: «Cavid Hüseynova residivist kimi yanaşdılar»
Dollar krediti olanlar hələ də güzəşt gözləyirlər...

____________________________________________________________

Cənubi Sina, Qırmızı dəniz regionu qubernatorları, Misir Turizm İdarəsi və Misir Otelçilər Assosiasiyasının nümayəndələri Bakıdadır.

Ötən ilin sonunda Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan Rusiya təyyarəsi terrorçular tərəfindən partladılandan və 200-dən çox insan öləndən sonra bir sıra ölkələr və hava şirkətləri həmin turist şəhərinə uçuşları dayandırıblar. Misir şəhər aeroportunda təhlükəsizlik məsələlərinin tam həll olunduğunu bildirsə də, Rusiya hələ də öz şirkətlərinin oraya uçuşlarına icazə vermir. Buna səbəb kimi Misir kurortu ətrafında təhlüksizlik sahəsində çatışmazlıqların hələ də tam həll edilmədiyini iddia edir.

Şəhərin yerləşdiyi Sinay yarımadasında İslamçı yaraqlılar fəaldır, dəfələrlə Misir hərbçilərinə hücum ediblər. Amma Misir hökuməti həmin təhlükənin beynəlxalq media tərəfindən şişirdildiyini bildirir.

Təyyarə qəzasından bir neçə ay sonra Misir hökuməti daha bir təhlükəsizlik problemi ilə bağlı tənqidlərə cavab verməli olmuşdu. Misir təyyarəsi Kiprə qaçırılmışdı.

Buna da bax: Misir təyyarəsini qaçıran həbs olundu

Misir təyyarəsini qaçıran həbs olundu
Gözlə

No media source currently available

0:00 0:00:45 0:00

XS
SM
MD
LG