Keçid linkləri

2026, 10 İyun, çərşənbə, Bakı vaxtı 04:54

Misir ehramları ətrafında partlayış, xəsarət alanlar var

Misir ehramları,15 fevral, 2018
Misir ehramları,15 fevral, 2018

Misirdə, məşhur Gizaehramı ətrafında partlayış baş verib.

AFP agentliyinin mayın 19-da polisə istinadla verdiyi məlumata görə, azı 17 nəfər xəsarət alıb.

Sky News televiziya kanalının məlumatına görə, onlardan 10-u misirlı, 7-si isə Cənubi Afrikadandılar.

Reuters xəbər verir ki, xəsarət alanların əksəriyyəti turistlərdir.

Partlayıcı qurğu, turist avtobusu ətrafdan ötərkən baş verib.

Giza ehramı ətrafında partlayış
Giza ehramı ətrafında partlayış

Polis və xilasedicilər hadisə yerində iş aparırlar.

This item is part of
XS
SM
MD
LG