Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 20:21

Ermənistan Avropa partnyorlarını ikili standartlarda günahlandırıb


"Azərbaycan ərazi tutub" Paşinyandan yeni açıqlamalar
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

"Azərbaycan ərazi tutub" Paşinyandan yeni açıqlamalar

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan beynəlxalq partnyorları regionda stabiliyyə nail olunması naminə “ikili standartlardan” imtina etməyə çağırıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan beynəlxalq partnyorları regionda stabiliyyə nail olunması naminə “ikili standartlardan” imtina etməyə çağırıb.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, Mirzoyan bu bəyanatı Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin noyabrın 15-də Brüsseldə keçirilən sammitində verib:

“Ermənistanın sülhə doğru inamlı addımlar atdığı, Azərbaycanın isə vəziyyəti gərginləşdirdiyi bir vaxtda hər iki tərəfə ümumi çağırışın edilməsi bizim beynəlxalq partnyorlarımızın etinasızlığı və öhdəliksizliyi kimi qəbul oluna bilər”.

Ermənistan xarici işlər naziri deyib ki, regionda vəziyyət kövrək olaraq qalır:

“Əgər bizi regionda stabilliyin əldə olunmasında dəstəkləmək istəyirsinizsə, onda ikili standartlara əl atmadan bizim regionda insan haqlarına və gücdən istifadəyə dair açıq fikir söyləməyinizdən başqa çıxış yolu qalmır. Biz bu mənada Avropa İttifaqının əsl partnyoru olmağa hazırıq”.

“Qarabağ tənzimləməsində maraqlı olan bütün partnyorlara...”

Mirzoyan bəyan edib ki, Ermənistan Cənubi Qafqaz regionunda möhkəm sülh və stabilliyin bərqərar edilməsinə hazırdır.

O deyib ki, “sülh yalnız bir tərəfin xoş məramı ilə əldə oluna bilməz”.

Bunun ardınca Mirzoyan Bakıdakı Qənimətlər Parkını yada salıb və Azərbaycan rəsmilərini nifrətli və ksenofob bəyanatlar verməkdə ittiham edib.

Mirzoyan habelə Azərbaycanın erməni əsirləri hələ də qaytarmamasını, Ermənistan ərazilərinə müdaxiləsini tənqid edib.

O belə müdaxilələrdən sonuncusunun elə dünən baş verdiyini deyib.

Ararat Mirzoyan habelə “Dağlıq Qarabağ münaqişəsiin hərtərəfli tənzimlənməsində maraqlı olan bütün partnyorları” ATƏT-in Minsk qrupu həmsədrlərinin çərçivəsində aparılan sülh prosesinə dəstək verməyə çağırıb.

Xatırlatma

Ötən il 44 günlük Qarabağ müharibəsindən sonra Azərbaycan Qarabağın bir hissəsi və ətraf 7 rayona nəzarətini bərpa edib.

Qarabağda ermənilərin yaşadıqları ərazilərə Rusiya hərbçiləri yerləşdirilib.

Azərbaycanla Ermənistan sərhədlərinin delimitasiyası isə hələ başlamayıb.

Son günlər Ermənistanla Azərbaycan arasında hərbi gərginlik qızışır. Tərəflər bir-birini atəşkəsi pozmaqda, təxribat törətməkdə ittiham edirlər.

XS
SM
MD
LG