Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyun, Cümə axşamı, Bakı vaxtı 02:29

Mirziyaev: 'Prokurorların işi reytinqlə qiymətləndiriləcək'


Prezident Shavkat Mirziyaev

Prokurorluq orqanları əməkdaşları ilə görüşən Shavkat Mirziyaev gələcəkdə onların işinin bal sistemi ilə dəyərləndiriləcəyini deyib.

Özbəkistan prezidenti "müstəmləkə dövründə ittihamçı adı almış" prokurorlara indi "müdafiəçi" adlanmaq haqqı qazanmalarını tapşırıb.

Shavkat Mirziyaev-in prokurorluq orqanları əməkdaşları ilə görüşü onların peşə bayramı ərəfəsində - yanvarın 7-də baş tutub.

Buna da bax: İslam Karimovun məqbərəsi tikiləcək

Özbəkistanın milli xəbər agentliyi "УзА" bildirir ki, Mirziyaev öz çıxışında prokurorların işinin reytinq üzrə dəyərləndiriləcəyini deyib.

Aylıq reytinq tətbiq olunacaq

«2017-ci ildən başlayaraq, bütün səviyyələrdə hakimlərin, prokurorluq və daxili işlər orqanları rəhbərlərinin əhali qarşısında hesabatlılıq sistemi tətbiq ediləcək. Bölgələrdə prokuror fəaliyyətinin aylıq reytinqi də tərtib olunacaq. Onların işi bu reytinqin nəticələrinə əsasən dəyərləndiriləcək», - deyə prezident vurğulayıb.

Mirziyayev onu da ayrıca vurğulayıb ki, «prokurorun qəbul etdiyi hər qərarın arxasında insan taleyi dayanır». O, baş nazirin virtual qəbul otağına prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı çoxlu müraciət daxil olduğuna da diqqət çəkib:

Buna da bax: Özbəkistan: Yeni prezidentin gəlişi nəyi dəyişəcək?

«Bizim xalqımız... ədalətsizliyə dözməz»

«Baş nazirin ötən il açılmış virtual qəbul otağına 311 min müraciət daxil olub. Onların arasında prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı müraciətlər də çoxdur. Bu faktlar təəssüf doğurur. İnsanların həyatında problemlər niyə çoxalır? Müraciətlərin çox hissəsi müvafiq rəhbərlərin, o cümlədən prokurorluq orqanlarının məsuliyyətsizliyinin nəticəsidir».

Ötən il Özbəkistan Konstitusiyasının 23-cü ildönümünə həsr olunmuş təntənəli çıxışında mərhum prezident İslam Karimov da ölkənin prokurorluq və daxili işlər orqanlarının fəaliyyətini tənqidə tutmuşdu: «Bizim xalqımız istənilən çətinliyə dözə bilər, ancaq ədalətsizliyə dözməz».

Buna da bax: Özbəkistan Karimovun ölümündən sonra necə dəyişib?

Budəfəki çıxışında da Karimovun adını xüsusi hörmətlə anan Shavkat Mirziyaev hüquq-mühafizə orqanları əməkdaşlarından vətəndaşların heç bir müraciətini cavabsız qoymamağı tələb edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG