Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:32

Prezidenti xalqa yumurta ilə varlanmağın yolunu göstərdi


Shavkat Mirziyaev
Shavkat Mirziyaev

Özbəkistan prezidenti Shavkat Mirziyaev regionlara səfəri zamanı camaata varlanmağın yolunu göstərib.

AzadlıqRadiosu Özbəkistan xidmətinin yazdığına görə, bu, prezidentin yanvarın 19-20-i Karakalpakıstan muxtar respublikasına səfəri zamanı baş verib.

Prezident səfər zamanı kiçik biznesin inkişafından, bu yolla işsizliyə son qoyulması və aztəminatlı ailələrin sayının azalmasından danışıb, bu məqsədə çatmaq üçün bir sıra məsləhətlər verib.

Shavkat Mirziyaev deyib ki, bizim üçün başlıca məsələ odur ki, xalqı sahibkarların özləri dolandırsın.

Amma prezident qeyd edib ki, xüsusi nəzarət orqanları sahibkarların işinə əngəl olmamalıdır və o, yerli hakimiyyətə bununla bağlı xüsusi göstəriş verib.

Mənbənin yazdığına görə, Mirziyaev səfər zamanı sahibkarların qarşısına “xalqı yedizdirmək” öhtəliyi qoyub, amma qeyd edib ki, xalq da əlini qoynuna qoyub oturmamalıdır.

Özbəkistan prezidenti hesab edir ki, hər bir ailənin öz biznesi olmalıdır.

“Elə etməliyik ki, hər bir ailənin özünün kiçik biznesi olsun. Bu bəsdir, onlar bizdən məmnun qalacaqlar.

Məsələn kənd yerlərində yaşayan hər bir ailə sadəcə 100 toyuq saxlamalıdır. 100 toyuqsa azı 50 yumurta verəcək. Əgər ailə gündə bunun 10-nu özünə istifadə eləsə, qalan 40 jumurtanı sata bilər.Onda bizdə aztəminatlı ailə olmayacaq”, prezident bildirib.

Mirziyaev müvafiq qurumlara bu tapşırıqların reallaşmasını götür-qoy etməyi, bankirlərə isə əhalini kreditlə təmin etməyi göstəriş verib.

Amma yerli sakinlər və ekspertlər prezidentin təkliflərini heç də birmənalı qarşılamırlar.

Məsələn 67 yaşlı müəllim Urinboy Kamalov prezidentin toyuq saxlamaq təklifini bəyənir və hesab edir ki, Mirziyaev toplantıda çox ciddi məsələ qaldırıb.

Urinboy Kamalov deyir ki, o əsas işi ilə yanaşı mal-qara və 15 toyuq saxlayır.

AzadlıqRadiosunun Əmir adlı başqa bir həmsöhbətçisi isə bunu ağılabatan saymır.

Əmir quru meyvə alverilə məşğul olduğunu, Səmərqənddən mal alıb qonşu Qazaxıstana satdığını deryir. “Heç vaxt toyuq saxlamamışam, saxlamağın yolunu da bilmirəm. Vaxtaşırı toyuqlara dərman vermək lazımdır.100 toyuq saxlamaq istəyən adam, gərək qalan işlərini buraxıb ancaq toyuq saxlamaqla məşğul olmalıdır. Mənim toyuqlarım 2 gündən sonra qırılar”.

Keçmiş hökumət məmuru və hazırda Qazaxıstandakı “Avrasiya Universiteti” nin dosenti Saparbay Cubayev də bunu müşkül məsələ sayır. “Gəlin təsəvvür edək ki, Özbəkistan əhalisi toyuq saxlamağa başladı. Onlara toyuq yemi lazımdır, hansı ki, əhali bunu Rusiya və başqa ölkələrdən almalı olacaq. Bunun üçünsə Özbəkistan sumunu sərbəst şəkildə Rusiya rublu, Ukrayna və ya digər ölkələrin valyutasına konvertasiya etmək lazımdır. Belə halda biz Özbəkistan hökumətinin uzun illərdir həll edə bilmədiyi fundamental problemlərlə üzləşəcəyik”, Saparbay Cubayev deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG