Xalq yazıçısı Mirzə İbrahimovun həyat yoldaşı Sara xanıma ünvanladığı məktublar “Sevgi məktubları” adlı kitab oldu.
AMEA Əlyazmalar İnstitutunun yaydığı xəbərə görə, saf sevgi, qarşılıqlı dərin məhəbbət, qeyri-adi lirik duyğular həmin məktubların ana xəttini təşkil edir.
Buna da bax: Mirzə İbrahimovun şəxsi məktubları üzə çıxıb
Məktubların böyük ictimai əhəmiyyəti ondadır ki, dövrün ədəbi, tarixi prosesləri, yazıçının müasirlərinə münasibəti burada əksini tapıb.
Kitabın redaktoru Paşa Kərimov, ərəb qrafikasından latın qrafikasına çevirəni Aslan Kənandır.
Kitab “Azərnəşr”də çapdan çıxıb.