Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 17:00

Həbsdəki MTN polkovniki: 'İşimə yenidən baxılsın'


Prezident İ.Əliyev MTN əməkdaşları ilə görüşdə

Dörd il həbs cəzası alan MTN polkovniki, nazirliyin Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi olmuş Mirəziz Əsgərov yenidən məhkəmə önünə çıxarılıb. Haqqındakı məhkəmə hökmündən narazı qalan Əsgərov apellyasiya şikayəti verib. Oktyabrın 2-də Bakı Apellyasiya Məhkəməsində onun şikayəti üzrə ilkin baxış iclası keçirilib.

MTN polkovnikinin işinə Mirzəli Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Əsgərovun həbs hədəsi ilə 340 min pul aldığı iddia olunan zərərçəkmiş Vidadi Əzizov da hökmdən narazı qalıb. O da məhkəmədə iştirak edib.

***Buna da bax-MTN polkovniki: 'Şeytan maşını işə düşüb, daha dözə bilmirəm...'

M.Əsgərovun vəkili apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, əlavə sübutların araşdırılması və s.) baxılması haqda vəsatət qaldırıb.

MTN polkovnikinin özü də işinin yenidən araşdırılmasını istəyib. Deyib ki, Bakı Hərbi Məhkəməsinin onun haqqında çıxardığı hökmdən narazıdır:

«İstəyirəm ki, ittihamda əksini tapmış məsələlər ciddi araşdırılsın».

Amma hakimlər vəsatəti təmin etməyib. Əsgərovun işinə məhkəmə istintaqı aparılmadan, əlavə sübutlar tələb olunmadan baxılmasına qərar verilib.

***Buna da bax-Zərərçəkmiş: '300 min dollarımı alıb buraxdılar'

Məhkəmə baxışı isə oktyabrın 16-na təyin olunub.

XATIRLATMA

M.Əsgərov 2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra həbs olunub. O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, zərərçəkmiş V.Əzizovun ondan alınmış pulun qaytarılması və mənəvi ziyanın ödənilməsinə dair mülki iddiası isə rədd edilib.

Əsgərovun üzərinə həbs qoyulmuş əmlakı və evindən götürülmüş pulun isə ailəsinə qaytarılması barədə qərar qəbul edilib.

M.Əsgərov apelyasiya şikayətində günahsız olduğunu, V.Əzizov tərəfindən şərləndiyini yazıb və ona bəraət verilməsini istəyib.

Zərərçəkmiş V.Əzizov isə əksinə, MTN polkovnikinin cəzasının ağırlaşdırılmasını, həmçinin ona qarşı 193 min manat, Azərbaycan dövlətinə qarşı isə 1 milyon 200 min manatlıq mülki iddiasının təmin olunmasını istəyir. Zərərçəkmiş deyir ki, MTN dövlətin mühüm orqanı olub, onun məsul şəxslərinin qanunsuzluğuna görə də dövlət məsuliyyət daşıyır.

İttihama görə, M.Əsgərov V.Əzizovu İran və digər dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandıraraq həbs edib. Ondan hədə-qorxu yolu 300 min manat alıb, bundan sonra V.Əzizov sərbəst buraxılıb. Daha sonra V.Əzizovun sahibkarlıq fəaliyyətinə mane olmamaq üçün 100 min dollar tələb edib, amma son nəticədə 40 min manat alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG