Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:43

Erdogan miqrantları Avropaya buraxır


Türkiyə Avropaya getmək istəyən miqrantlara sərhədlərini açacaq.

Türkiyə prezidenti Recep Teyyub Erdogan martın 11-də belə deyib.

O bildirib ki, Avropa Birliyi vədinə əməl etməyənə qədər sərhədlərini bağlamayacaq.

Royters yazır ki, fevralın 28-dən bəri 10 minlərlə miqrant Avropa Birliyi üzvü olan Yunanıstan ərazisinə keçməyə cəhd edib.

Yunanıstan miqrantların qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Yunanıstan sərhəddində baş verənlərlə bağlı görüntülərin nasistlərin etdikləri ilə heç bir fərqi yoxdur, deyə Erdogan bildirib.

Türkiyə miqranlar mövzusunu Avropa Birliyi ilə yenidən müzakirəyə çıxarmaq istəyir.

Xarici işlər naziri Mevlut Cavusoglu deyib ki, yeni anlaşmanın martın 26-da Avropa Birliyinin liderlərinin toplantısında gündəliyə salınacağına ümid edir.

Bundan əvvəl prezident Recep Tayyip Erdoganın Avropa Birliyinin prezidentləri Ursula von der Leyen və Charles Michel-la gərgin müzakirələr apardığı bildirilir.

2016-cı ildə Türkiyə razılaşmışdı ki, miqrantların Avropa Birliyi ərazisinə keçməsinə mane olsun. Bunların əksəriyyəti Suriya qaçqınları idi.

Türkiyə bunun qarşılığında 6 milyard avro almalı idi. Amma Ankara rəsmiləri deyirlər ki, bu məbləğin hamısını və vəd olunan başqa güzəştləri almayıblar.

Türkiyə təqribən dörd milyon qaçqına ev sahibliyi edir.

Bu narazılıq fonunda Avropa Birliyi bildirib ki 1500 qaçqın uşağı himayəyə götürə bilər. Amma Birlik həm də Yunanıstanla sərhəddini möhkəmləndirib.

XS
SM
MD
LG