Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 09:30

Minsk qrupunun amerikalı həmsədri Yerevandadır


Ararat Mirzoyan (ortada sağda) Endrü Şoferlə görüşür, 18 aprel, 2022-ci il
Ararat Mirzoyan (ortada sağda) Endrü Şoferlə görüşür, 18 aprel, 2022-ci il

Tərəflərin 44 günlük müharibə nəticəsində yaranmış humanitar problemləri müzakirə etdiyi bildirilir

Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan Yerevanda ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endrü Şoferi qəbul edib. Ermənistan XİN-in məlumatında deyilir ki, tərəflər Ermənistanla Azərbaycan arasında hərtərəfli sülh sazişi üzrə danışıqların başlamasını müzakirə ediblər. Sərhədlərin demarkasiyası və təhlükəsizliyi üzrə komissiyanın yaradılması haqda razılaşmaların reallaşdırılmasının vacibliyi vurğulanıb.

Tərəflərin 44 günlük müharibə nəticəsində yaranmış humanitar problemləri, o cümlədən erməni əsirlərin və digər saxlananların dərhal azad edilməsi və repatriasiyasını, Azərbaycanın nəzarətində olan ərazilərdə erməni mədəni və dini irsinin qorunmasını da müzakirə etdiyi bildirilir.

Azərbaycan 2020-ci ildə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan Dağlıq Qarabağın və onun tarixi-mədəniyyət abidələrinin onun ayrılmaz tərkib hissəsi olduğunu bildirir. Bakı Ermənistanı Dağlıq Qarabağda və 27 il işğalda saxladığı başqa rayonlarda Azərbaycanın tarixi-mədəni irsini, məscid və başqa mədəniyyət obyektlərini dağıtmaqda ittiham edir.

Aprelin 11-də Minsk qrupunun fransalı həmsədri Bris Rökföy Yerevanda səfərdə olub. Rusiya Minsk qrupunun digər həmsədrləri ABŞ və Fransanın onunla əməkdaşlıqdan imtina etdiyini bildirir. Ancaq bu iki ölkə Dağlıq Qarabağ probleminin həllinə yönəlik cəhdləri davam etdirməyə hazır olduqlarını bəyan ediblər.

Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımağın niyə vacib olduğunu izah edir
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00

Rusiya Minsk qrupundakı həmsədr İqor Xovayevi Ermənistanla Azərbaycanın münasibətlərinin normallaşdırılması məsələləri üzrə Rusiya Xarici işlər nazirinin xüsusi təmsilçisi təyin edib.

Azərbaycan Prezidenti İlham Əliyevin fikrincə, Azərbaycan bu münaqişəni özü həll etdiyindən "Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər”.

Avropa Birliyi Qarabağ üçün nələr edə bilər?
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00

1997-ci ildən ATƏT-in Minsk Prosesinə həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq ediblər.

Aprelin 6-də Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüsseldə keçirilən görüşündə sülh sazişi üzərində işləmək, sərhədlərin müəyyənləşdirilməsindən ötrü ikitərəfli komissiya yaratmaq üzrə razılığa gəlinib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG