Keçid linkləri

Təcili xəbərlər
2020, 18 Yanvar, şənbə, Bakı vaxtı 10:22

Minlərlə adam evsizləri dəstəkləmək üçün küçələrdə gecələyib


Nyu York

Dünyada minlərlə insan küçələrdə gecələyib. BBC-nin məlumatına görə, iki minə yaxın britaniyalı gecəni London küçələrində yatıb. "The World's Big Sleep Out" aksiyası çərçivəsində baş tutan bu tədbirdə iştirakçılar evsizlərə kömək üçün vəsait toplamağa çalışıblar.

Oxşar tədbirlər Nyu York, Manila, Dublin, Hong Kongda da keçirilib. Təşkilatçıların bildirdiyinə görə, ümumilikdə eyni həmrəylik aksiyası dünyanın 50-yə qədər şəhərini əhatə edib.

Aksiyada məşhurlar da iştirak ediblər. Məsələn, Nyu-Yorkda tamaşaçılara aktyor Will Smith müraciət edib.

World's Big Sleep Out-un yaradıcısı Şotlandiya xeyriyyəçisi və iş adamı Josh Littlejohndur. Təşkilatın saytında göstərilir ki, bu kampaniyanın məqsədi təkcə vəsait toplamaq deyil, həm də siyasi liderlərin diqqətini evsiz insanlar və qaçqınlar probleminə cəlb etməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG