Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:30

Mingəçevir İES-də yenidən yanğın olub


Arxiv foto
Arxiv foto

İyulun 5-i səhər saatlarında Mingəçevirdəki İstilik Elektrik Stansiyasında (“Azərbaycan İES” MMC) yenidın yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazrilk bildirir ki, yanğın barədə məlumat onlara səhər saat 08:25-də daxil olub.

“Yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 kvadratmetr sahədə transformator yağı yanıb. Digər transformatorlar yanğından mühafizə olunub”, nazirıiyn məlumatında qeyd edilir.

Yanğının söndqrüldüyü bildirilir.

Xatırlatma

Son günlər Mingəçevir İstilik Elektirik Stansiyasından həyacanlı xəbərlər gəlməkdədir. İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İES-də 1-ci və 6-cı enerji blokunda qəza baş verdiyi bildirilirdi.
Nəticədə ölkənin əksər yerlərində elektrikin verilməsi dayanmışdı. Yalnız iyulun 3-u səhər saatlarından Bakıda və ölkənin bölgələrində elektrik verilişinin tədricən bərpa edildiyi açıqlanmışdı.

Ancaq iyulun 3-ü saat təqribən 18-45 radələrində paytaxt və ölkənin bir çox hissələrində yenidən elektik kəsilib.
Bakı metrosunda tuneldə qalan insanlar təxliyə edilib. Yalnız gecə saatlarında Bakıda və işıqların söndüyü bölgələrdə elektrikin böyük ölçüdə bərpa edildiyi açıqlanıb.

XS
SM
MD
LG