Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:39

1 milyard manat hara getdi?


Karikatura
Karikatura

►Bu pul investisiya layihələrinə xərclənməli idi. Amma məlum olub ki, dövlət qurumları arasında bölünüb.

İnvestisiya layihələrinə xərclənəcək vəsaitin bir hissəsinin dövlət qurumları arasında bölgüsü 4 ay ötəndən sonra mediaya sızıb.

*Youtube Kanalımıza abunə olsanız hər gün yeni videolar izləmək şansınız olacaq

Nazirlər Kabineti bu il 22 fevral tarixli və 95S saylı sərəncamı ilə həmin bölgünü təsdiqləyib.

İl yarı olandan sonra bilindi ki...

Hökumət büdcə vəsaitindən istifadəyə dair sərəncamlarını ilk dəfə 2012-ci ildə - Normativ Hüquqi Aktların Dövlət Reyestrində açıqlamışdı.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bosniya və Hersoqovinada, Meksika və Serbiyada, eləcə də başqa ölkələrdə müxtəlif layihələrə milyonlarla dollar dövlət vəsaiti ayrılmışdı.

Bu məlumatlar KİV-də ictimaiyyətə açıqlanandan sonra sözügedən sərəncamların sayta yüklənməsi dayandırıldı. İndi media adının gizli saxlanmasını istəyən qaynaqdan yalnız bir məlumatı - əsaslı vəsait qoyuluşu barədə sərəncamı əldə edə bilir. Onu da il yarı olandan sonra.

Vəsait bölgüsünə gəlincə, bu il hökumət, hələlik, dövlət investisiya layihələrinə 1 milyard 976,8 milyon manat yönəldib. Halbuki 2016-cı ilin dövlət büdcəsində bu məqsədlə tam 3 milyard manat nəzərdə tutulub.

«Bu addım... ilin 2-ci yarısında atıla bilər»

İqtisadçı ekspert Rövşən Ağayev AzadlıqRadiosuna əvvəlki illərdə də belə hallara rast gəlindiyini deyib:

«Hökümət dövlət büdcəsinə pul daxilolma vəziyyətindən çıxış edərək və ehtiyatlı davranaraq, 1 milyard manatdan artıq investisiya xərcini bölüşdürməyib. Bu addım, vəziyyətə görə, ilin ikinci yarısında atıla bilər».

İnvestisiya vəsaitlərinin əsas hissəsi (1 milyard 29,8 milyon manat) SOCAR-a qismət olub. Bu pulun 972,6 milyonu Cənub Qaz Dəhlizi tikintisinin sonrakı maliyyələşdirilməsinə yönəldiləcək.

Neft şirkətinin Sumqayıtda inşa etdirdiyi azot və karbamid zavodlarının tikintisinə də dövlət büdcəsindən 10 milyon manat xərclənəcək. Ölkədə qazlaşdırma işlərinin aparılması üçün SOCAR-ın Mərkəzi Bankdan götürdüyü kredit dövlət büdcəsi hesabına qaytarılır. 2016-cı ildə bu məqsədlə büdcədən 47,2 milyon manat pul çəkiləcək.

«Azərişıq» (30 milyon manat), «Azəristiliktəchizat» (2 milyon manat) və «Azərkosmos» (2 milyon manat) ASC-lərə də dövlət büdcəsindən pay nəzərdə tululub.

____________________________________________________________

Bunlara da bax:
«Banklar əhalinin başına oyun açmaqdan əl çəkmək istəmirlər»
Məhəmməd Əli qanlı hadisələr haqda şeirini deyir- [Video]

____________________________________________________________

Yeni bölgüdə vəsait arta bilər

Azərbaycan Prezidentinin İşlər İdarəsinə 26,5 milyon manat ayrılıb. Bunun 20 milyonu xüsusi təyinatlı nəqliyyat vasitəsi üçün anqar tikintisinə sərf olunacaq. Söhbət, güman ki, prezident təyyarəsindən ötrü anqarın tikintisindən gedir.

Naxçıvanın Nazirlər Kabineti, hələlik, mərkəzi büdcədən investisiya məqsədlərinə 22 milyon manat alıb. Yeni bölgüdə vəsait daha da arta bilər, çünki əvvəlki illərdə muxtar respublikaya yüz milyonlarla manat vəsait ayrılardı.

Su təchizatı layihələrinin icrası üçün «Azərsu» ASC-yə 140 milyon manat, «Meliorasiya və Su Təsərrüfatı» ASC-yə 39,1 milyon manat verilib.

Fövqəladə Hallar Nazirliyi torpaq sürüşmələrinə qarşı tədbirlərin görülməsinə 8 milyon manat, Ədliyyə Nazirliyi məhkəmə binası və cəzaçəkmə müəssisələrinin tikintisinə təxminən 39 milyon manat alıb.

Büdcə vəsaitindən ən çox nəqliyyat müəssisələri yararlanacaq

Yerli icra hakimiyyətləri məktəb və uşaq bağçalarının tikintisinə təxminən 45 milyon manat xərcləyə biləcəklər. Bakı şəhəri İcra Hakimiyyəti bəlli inşaat işləri üçün büdcədən 10 milyon manat «qoparıb».

Daha çox büdcə vəsaitindən yararlanacaq qurumlar arasında yenə nəqliyyat müəssisələri liderlik edir. Nəqliyyat Nazirliyi bu il Ələtdə yeni ticarət limanının tikintisini davam etdirmək üçün 70 milyon manat alıb.

«Azəravtoyol» ASC-nin, hələlik, beynəlxalq kreditlər hesabına maliyyələşdirilən yol tikintisi layihələrinə vəsait (122,1 milyon manat) ayrılıb. «Azərbaycan Dəmir Yolları» QSC də eyni məqsədlə 175,2 milyon manatdan yararlanacaq.

Maraqlıdır ki, hətta bu vəsait bölgüsü daxilində də Nazirlər Kabineti 30 milyon manatı ehtiyatda saxlayıb.

Dövlət «qazanından» kənarda qalanlar

Bu ilə investisiya bölgüsündə «Azərbaycan Hava Yolları» QSC, «Bakı Metropoliteni» QSC, «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC, «Azərbaycan Polad İstehsalı Kompleksi» QSC, eləcə də Dövlət Sərhəd Xidməti, Milli Elmlər Akademiyası və bir çox başqa qurumlar «qazandan» kənarda qalıblar.

XS
SM
MD
LG