Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Milli Şura türk əsgərlərinin abidəsini ziyarət etdi


Müxalifət partiyaları türk əsgərlərinin abidəsini ziyarət etdilər
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

Milli Şura türk əsgərlərinin abidəsini ziyarət etdi

Bir neçə demokratik qüvvələrin birləşdiyi Milli Şura Bakının erməni-daşnak və bolşevik birləşməlırindən qurtuluşunun 100 illiyi münasibətilə yürüş keçirib. Milli Şura tərəfdarları Şəhidlər Xiyabanı yaxınlığında Bakının azad olunması zamanı həlak olmuş türk əsgərlərinin şərəfinə ucadılmış abidəni ziyarət ediblər.

“Bəli, əsl Qurtuluş bu gündür. 1919-cu ildə Xalq Cümhuriyyəti məhz bu günü - Bakının Qurtuluş gününü bayram etmişdi”, - abidə önündə çıxış edən AXCP sədri Əli Kərimli deyib. O daha sonra əlavə edib: “Biz o Respublikanın varisləriyiksə, həmin bayramı bərpa etməliyik. Əminliklə deyirəm ki, edəcəyik”.

Aksiya az öncə başa çatıb.

Bu gün Bakının işğalçı erməni-bolşevik birləşmələrindən qurtuluşunun 100 ili tamam olur.

1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusunun əsgərləri şəhəri işğaldan azad etdilər.

Bundan iki gün sonra isə Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürülüb.

İsa Qəmbər: “Bu gün o gözəllik yox idi, qalan hər şey əla idi”

Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Qarabağ Azadlıq Təşkilatı və Gələcək Azərbaycan partiyası Bakının qurtuluşunun 100 illiyi münasibətilə türk əsgərlərinin şərəfinə ucadılmış abidəni ziyarət ediblər. Onlar abidə önünə çiçək qoyublar və Azərbaycan himinini oxuyublar.

Müsavat partiyasının üzvləri türk əsgərlərinin abidəsi önündə
Müsavat partiyasının üzvləri türk əsgərlərinin abidəsi önündə

“15 sentyabr Azərbaycan tarixində 28 May, 18 oktyabr kimi qeyd olunacaq möhtəşəm günlərdən biridir. 15 sentybr Azərbaycnla Türkiyə dostluğunun əbədi olaraq bu xalqların beynində həkk edilmiş bir gündür”, - üsavat başqanı Arif Hacılı söyləyib.

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər deyib ki, 15 sentyabrda Azadlıq Meydanında keçirilən hərbi paraddan danışarkəkı bəzi müqayisələr aparıb. Əvvəlcə 1991-ci ildə keçirilən ilk paradı xatırladıb, vətəndaşların paraddan sonra meydana axın etdiyini, o zamankı prezident Əbülfəz Elçibəyin yendidən tribunaya çıxaraq çıxışı etdiyini deyib. Daha sonra Türk şahinlərinin 2001-ci ildə Bakı səmasındakı göstərisni yada salıb: “O zaman meydan insanlara açıq idi. Meydanı xalqımız doldurmuşdu. Göydə uşan təyyarələrin səsi ilə yerdəki insanların sevinc səsləri bir-birini tamamlayırdı. Bu gün o gözəllik yox idi. Qalan hər şey əla idi”.

Aksiya başa çatıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG