Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 10:10

Milli Şuranın mitinqi qanunsuzdur? Ekspert cavab verir


Eldəniz Quliyev: "İstəyirik, xalqı soğan kimi soymasınlar"
Gözlə

No media source currently available

0:00 0:05:10 0:00

Eldəniz Quliyev: "İstəyirik, xalqı soğan kimi soymasınlar"

Ələsgər Məmmədli: 'Siyavuş Novruzovun dediyinin hüquqi əsası yoxdur'
Gözlə

No media source currently available

0:00 0:02:40 0:00
Direct-ə keçid

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov deyir ki, Milli Şuranın adından təşviqat qrupu MSK-da qeydiyyatdan keçməyib deyə, referendumla bağlı mitinq keçirməməlidir, bu qanunsuzdur.

Hüquqşünas Ələsgər Məmmədlidən soruşuruq:

– Deputatın dediyi kimi, Milli Şura referendum tələbiylə mitinq keçirərkən qanunu pozurmu?

– Bir şeyi qarışdırmamaq lazımdır - siyasi fəaliyyət hansısa dövrlər üçün mümkün, hansısa dövrlər üçün qeyri-mümkün ola bilməz. Sadəcə, bir halda – fövqəladə vəziyyət rejimində siyasi fəaliyyətə məhdudiyyət qoyula bilər. Siyasi partiyalar, qurumlar istədikləri zaman, istədikləri məqsədlə bir araya gələ bilərlər. Referendum prosesində iştirak etmək də olar, etməmək də. Bildiyim qədər, Milli Şuranın son aksiyası konkret olaraq referenduma görə keçirilmirdi. Daha geniş məqsədli tədbir idi. Bu aspektdən götürəndə, Azərbaycan qanunvericiliyində «siyasi partiyalar hansısa dövrdə (referendum təbliğatı dövrü olub-olmamasının fərqi yoxdur) qeydiyyatdan keçməyibsə, siyasi fəaliyyətini dayandırır» deyə bir şey yoxdur. Sərbəst toplaşmaq haqda qanunda da hansısa siyasi dövrlərdə mitinq keçirməyi qadağan edən müddəa yoxdur. Dediyim kimi, fövqəladə vəziyyət elan olunarsa, belə məhdudiyyət qoyula bilər. Buna görə də deputatın dediyinin hüquqi əsası olduğunu düşünmürəm.

– Amma mitinqin qətnaməsində birinci tələb referendumun keçirilməsinin ləğv edilməsi ilə bağlı idi.

– Referendum gündəmdə olan siyasi məsələlərdən biridir və ona münasibət bildirilməsi mümkündür. Bu o demək deyil ki, tədbir sırf referendumla bağlıdır. Çünki kütləvi aksiyanın şüarı, keçirilmə səbəbi başqa idi. Bundan başqa, referendum gündəmdirsə, onunla bağlı fikir səsləndirilə bilər. Hökm deyil ki, məhz təşviqat qrupu kimi qeydiyyatdan keçənlər referendum haqda şüar, tələb səsləndirsin. Düzdür, təşviqat qrupu kimi keçmənin üstünlükləri var, məsələn, televiziyada pulsuz efir vaxtından istifadə edə bilərlər, istədikləri vaxt xəbərdarlıq etmədən aksiya keçirə bilərlər və s. Bu partiyalar, siyasi qurumlar təşviqat qrupu kimi qeydiyyata alınmadıqlarından bu imkanlardan məhrum ediliblər. Amma hər zaman mövcud olan digər siyasi imkanlardan istifadə edə bilərlər.

– Sizcə, hakimiyyət «təşviqat qrupu kimi qeydiyyatdan keçməyənlərin aksiya keçirməsi qanunsuzdur» arqumentindən yararlanaraq, Milli Şuranın və Müsavatın növbəti aksiyalarına icazə verməyə, əngəlləyə bilərmi?

– Bəlkə də cəmiyyətinreaksiyasını yoxlamaqdan ötrü belə bir addım atıldı, aksiyaların keçirilməsinə icazə verildi. Ola bilər. Amma o arqumentdən istifadə etsələr, kütləvi aksiyalara icazə verməsələr, bu, hüquqi addım olmayacaq. Bəlkə də bu məsələ siyasi dairələrdə müzakirə edilir, bilmirəm. Amma dediyim kimi, bu aksiyaların keçirilməsini qadağan edəcək heç bir müddəa yoxdur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG