Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 22:56

Milli Şura referendum əleyhinə təşviqat aparacaq


Milli Şuranın mitinqi, 2012
Milli Şuranın mitinqi, 2012

-

Demokratik Qüvvələrin Milli Şurası sentyabrın 26-na təyin edilmiş referendum əleyhinə təşviqat aparacaq.

Qurumun Koordinasiya Mərkəzinin toplantısında belə qərara gəlinib. Bu haqda Milli Şuranın məlumatında bildirilir.

Şura hesab edir ki, Konstitusiyaya təklif edilən 30-a yaxan əlavə və dəyişikliklərin ümumxalq rəyi öyrənilmədən, tələm-tələsik referenduma çıxarılması doğru deyil.

“Bu əlavə və dəyişikliklər ölkə Konstitusiyasının bir sıra təməl maddələrini şübhə altına alır. Referendum Aktında yer alan bir sıra əlavə və dəyişikliklər əsas qanunla ziddiyyət təşkil edir. Həmin dəyişikliklərin referenduma çıxarılması bilavasitə Konstitusiyanın özü tərəfindən qadağan edilir. Bunlara məhəl qoyulmaması təəssüf doğurur”, qurumun məlumatında bildirilir.

Koordinasiya Mərkəzi həmçinin, kütləvi tədbirlərin keçirilməsini məqsədə uyğun sayır.

Buna da bax: YAP icra katibi: 'Şah İsmayıl Xətai 14 yaşında dövlət başına keçib'

Referendum sentyabrın 26-da keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində aşağı yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Aparıcı müxalifət partiyalarının fikrincə layihə bütünlükdə ölkədə monarxiya sisteminə keçiddir. Bununla prezidentin ailə üzvilərinin hakimiyyətdə təmsil olunması təmin ediləcək.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) icra katibi Əli Əhmədov isə “Azərbaycan” qəzetinə müsahibəsində layihəni dəstəkləyən mövqe ifadə edib. O, prezident və parlament seçkilərində aşağı yaş məhdudiyyətinin götürülməsinə də münasibət bildirib. Əli Əhmədov deyib ki, Şah İsmayıl Xətai 14, Makedoniyalı İsgəndər 20, Napoleon da ondan azacıq artıq yaşda dövlət başına keçib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG