Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 13:17

Milli Şura Bakıda mitinq keçirdi [Video, Foto]


Milli Şuranın mitinqində olanlar [Yekun video]
Gözlə

No media source currently available

0:00 0:03:31 0:00

Milli Şuranın mitinqində olanlar [Yekun video]

Ən son məlumatlar yazının əvvəlinə yerləşdirilir

Mitinq başa çatıb.

Mitinqdən sonra Bakı şəhər Baş Polis İdarəsi dəməlumat yayıb.

Şəhər polisi bildirir ki, saat 15.00-dan 17.00-dək davam edən toplantıda ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Məlumatda aksiya iştirakçılarının sayına da toxunulub.

Paytaxt polisinin bildirməsinə görə, mitinqdə ümumilikdə1000 (min) nəfərədək şəxs iştirak edib.

Ancaq Milli Şurarəhbərliyi isə deyir ki, aksiya iştirakçılarının sayı dəflərlə kiçildilib. Mitinqin təşkilatçəları hesab edirlər ki, polis bununla ənənəvi açıqlamalarına sadiq qalıb.

***

Əli Kərimli ölkədə təhsilin, səhiyyənin səviyyəsindən danışıb:

“Siz bu ölkənin təhsilini məhv etdiniz, səhiyyəsin məhv etdiniz, məhkəməsin məhv etdiniz . Nə istəyirsiniz bu xalqdan?”, deyə o sual edib.

Əli Kərimlinin çıxışı zamanı mülkü paltarda olan bir neçə şəxs aksiya iştirakçılarının əlində olan bəzi plakatlara irad bildiriblər.Həmin plakatları aksiya iştirakçılarınınəllərindən alıblar.Əli Kərimli isə aksiya iştirakçılarını təxribata uymamağa səsləyib.

AXCP sədr aksiya iştirakçılarını buzqıran gəmi ilə müqayisə edib:

“100 milyardı mənimsəmiş, hakimiyyəti qəsb etmiş, 24 ildə bir dəfə də olsun demokratik seçki keçirməyən qüvvə 10 minlərin sözü ilə hakimiyyəti tərk etməyəcək.Biz daha çox olmalıyıq…”

***

“Biz bütün maneələri aşıb gəlmişik ki, korrupsioner hökumətdən izahat tələb edək. Soruşaq ki, necə oldu altı-üstü qızıl olan bu məmləkəti, 10 milyonluq xalqıErmənistana uduzdurdunuz?”

Bunu mitinqdə AXCP sədri Əli Kərimli deyib. O daha sonra sözlərinə davam edib:

“Siz bura gəldiniz ki, Fuad Qəhrəmanliya, Seymur Həziyevə, Taleh Bağırova, Abbas Hüseynə və digər siyasi məhbuslara azadlıq tələb edəsiniz.”

Əli Kərimli həbs edilən müxalifətçiləri siyasi girov adlandırıb.

“Biz qanunları yaxşı bilirik.Biz heç kimi təhqir etmirik.Biriləri öz əməlləri ilə Azərbaycan xalqını təhqir edir.”

Əli Kərimli deyib ki, hakimiyyət mitinqin kütləviliyinin qarşısını almaq məqsədi ilə bir sıra maneələrə əl atıb:

“Rayonlardan maşınları buraxmayıblar. Bəzi yerlərdə şənbə günü olmasına baxmayaraq insanları işə çağırıblar.Amma size durdura bilməyiblər.Onların gücü əllərindəki dəyənəkdə, bizim gücümüz vətən eşqindədir ”

Əli Kərimlinin mitinqə maneələr yaradılması ilə bağlı dediklərinə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

***

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvi Gültəkin Hacıbəyli deyib ki, Azərbaycanın zəngin təbii ehtiyatları var. Üstəlik, Azərbaycan xalqı zəhmətsevərdir.

Sonra o sual edib. Bəs niyə belə zəngin təbii ehtiyatı olan ölkədə xalqın əksəriyyəti yoxsul yaşayır?

Keçmiş deputat deyib ki, hər kəsin xoşbəxt olmaq haqqı var.

***

Hüquq müdafiəçisi Oktay Gulaliyev daha sonra deyib ki, ölkədə söz azadlığına basqılar var:

Mitinqdə çıxışlar: 'Mənşəyi məlum olmayan yağı xalqa yedirib...' (2-ci video)
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

“Müstəqil, tənqidçı saytlara giriş bloklanıb. Ölkədə 160-dan artıqsiyasi məhbus var. Onların 20-yə yaxını jurnalist və bloqqerdir. Azərbaycan siyasi məhbusların sayına görə, Avropada liderdir.”, deyə o vurğulayıb.

Azərbaycan rəsmiləriisə ölkədə siyasi məhbusun olması fikrini qəbul etmirlər.

Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

***

Hüquq müdafiəçisi Oktay Gulaliyev isə çıxışnda deyib ki, Azərbaycandakı cəzaçəkmə müəssisələrində işgəncəyə, ayrıseçkiliyə yol verirlər:

“Keçmiş müstəntiq Rüfət Səfərovu döyüb cərimə kamerasına salmışdılar. Bir sözü ilə gül bayramını qul bayramına çevirən Bayram Məmmədov cərimə kamerasına salınmışdı.Bu hakimiyyət Azərbaycanın ləyaqətli insanlarına qarşı savaş açıb”

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsiisə bundan əvvəl məhbuslara işgəncə verilməsi ilə bağlı iddiaları təkzib etmişdi. Şöbə müdri Mehman Sadıqov demişdi ki, Azərbaycandakı cəzaçəkmə müəssisələrində ayrıseçkilik yoxdur.

***

Mitinqin aparıcısi İlham Hüseyn belə bir sual səsləndirib. Korrupsiyadan böyük qasırğa varmı?

“Bizə televiziyalarda Avropadakı daşqınları, Yaponiyadakı sünamiləri, ABŞ-dakı qasırğaları, meşə yanğınlarını göstərirməyin. ABŞ o meşə yanğınlarının altından çıxacaq. Siz burdakı qasırğaların qarşısını alın. Korrupsiyadan, hüquqsüzluqdan, represiyalardan böyük qasırğa varmı?”

***

“Bu il də Azərbaycanda iqtisdi geriləmə olacaq. İndiyə kimi iqtisadiyyatı ikidəfədən çox kiçildiblər. Bu təfəkkürlə, bu ağılla, bu bacarıqla bunlar heç nəyə nail ola bilməyəcəklər. Bunlara biz yolunu göstərməliyik.Sizin yolunuz istefa verməkdir”

Bunu mitinqdə çıxış edən, Milli Şuranın koordinasiya mərkəzinin üzvi, kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli deyib.

***

Milli Şuranın mitinqi başlayıb. Aksiyanın aparıcısi AXCP Gənclər Komitəsinin sədri İlham Hüseyndir.

Milli Şura mitinq keçirir (1-ci video)
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

***

Azadlıq Radiosunun müxbirləri xəbər verir ki, aksiyanın keçirildiyi ərazidə internetin sürətində problem yaranıb. KİV-lər canlı yayım verə bilmirlər.

Milli Şuranın bundan öncəki, oktyabrın 7-də keçirilən aksiyasında da eyni problem meydana çıxmışdı.

Ancaq onda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi buna hər hansı münasibət bildirməmişdi.

Mitinq başlandı
Mitinq başlandı

***

"Polis görünür taktikanı dəyişib. Bu aksiyadan öncə fəallardan heç kim saxlanmayıb.”

Bunu Milli Şuranın Koordinasiya Mərkəzinin üzvi, Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Nürəddin Məmmədli deyib.

Bununla belə, Nürəddin Məmmədli vurğulayıb ki, rayonlardan aksiyalara gələmək istəyənlərə maneəlar yaradılıb:

“Aksiyaya rayonlardan qatılanlarbir neçə gün əvvəl paytaxta gələnlərdir. Kimlərsə də bir növ qaçaq kimi gəlib. Rayonlarda fəallar nəzarətə götürülüb. Bəzilərinin heç evdən çıxmasına imkan verilməyib”

Ancaq Koordinasiya Mərkəzinin üzvününbu dediklərinə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

***

Bu gün, oktyabrın 28-i Demokratik Qüvvələrin Milli Şurası “Talana yox” şüarı ilə mitinq keçirir. Mitinqçilər hazirda meydana toplaşır. Aksiya Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

Bakı şəhər Baş Polis İdarəsinin də rəhbərliyi bəyan edib ki, aksiya ilə bağlı bütün təhlükəsizlik tədbirləri görülüb.

Milli Şura hələ, sentyabr ayından Bakıda etiraz aksiyalarına başlayıb. Bundan əvvəl, sentyabrın 23-ü və oktyabrın 7-də qurumun mitinqləri olub. Həmin aksiyalarda Milli Şura rəhbərliyi hökumətin neft siyasətini kəskin tənqid edib. Onlar deyiblər ki, Azərbaycanın neft siyasəti xalqın yox, Əliyevlər ailəsinin maraqlarına xidmət edir. Milli Şura rəhbərliyinin fikrincə, Azərbaycanda korrupsiyanın başında birbaşa prezident İlham Əliyev durur.

Mitinqdən əvvəl. 28 oktyabr
Mitinqdən əvvəl. 28 oktyabr

Mitinqdən əvvəl. 28 oktyabr
Mitinqdən əvvəl. 28 oktyabr

Buna da bax:​ Milli Şura Bakıda mitinq keçirdi (Foto, Video. Yenilənir)

Ancaq bu mitinqlərdən sonra hakim Yeni Azərbaycan Partiyasının funksionerləri KİV-lərə müsahibə verərək Milli Şura rəhbərliyinin özünü korrupsiyada ittiham ediblər. Onlar isə deyiblər ki, bu aksiyalar Azərbaycanı sevməyən qüvvələrin sifarişidir.

Mitinqdən əvvəl. 28 oktyabr
Mitinqdən əvvəl. 28 oktyabr

Buna da bax:​ Ramiz Mehdiyevin xanımı da dövlətdən yardım alır? [araşdırma]

Hər iki aksiya ərəfəsində və sonra Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 10-dan çox fəalı saxlanaraq inzibati qaydada həbs edilib. Onlar polisin qanuni tələbini yerinə yetirməməkdə ittiham ediliblər.

Buna da bax:​ Putin, Əliyev, Nazarbayev və başqaları ofşor hesabatında

Milli Şura bəyan edib ki, inzibati həbslər aksiyanın kütləviliyinin qarşısını almağa xidmət edir.

Ancaq prezident İlham Əliyev də mitinqlərə münasibətdə bildirib ki, ölkədə sərbəst toplaşmaq azadlığı təmin edilir. Sadəcə, prezidentin fikrincə xalq belə aksiyaları dəstəkləmir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG