Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:57

Milli Şura Elçibəyin 80 illik tədbirinə yer axtarır


Əbülfəz Elçibəy (solda), İsa Qəmbər parlamentdə, foto arxiv
Əbülfəz Elçibəy (solda), İsa Qəmbər parlamentdə, foto arxiv

Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayının rəhbərliyinin həmin məkanda mərhum keçmiş prezident Əbülfəz Elçibəyin 80 illiyi ilə bağlı tədbirin keçirilməsindən imtina etdiyi bildirilir.

Bu haqda Azərbaycan Xalq Cəbhəsi Partiyası( AXCP) Ali Məclisinin sədri Nurəddin Məmmədli bildirirb.

Onun sözlərinə görə, ötən ayın sonunda Demokratik Qüvvələrin Milli Şurası və AXCP Ə.Elçibəyin 80 illiyinin təntənəli qeyd olunmasından ötrü yer ayrılması məqsədilə mədəniyyət sarayına müraciət edib.

Saray rəhbərliyi onların müraciətinə iki gün əvvəl cavab verib. Cavabda yer ayrılmasından imtina olunduğu deyilir. Səbəb kimi texniki məsələlərin göstərildiyi vurğulanır.

İmtina cavabını hökumətin müxalifətçilərə ayrı-seçici münasibətinin təzahürü sayan N.Məmmədlinin sözlərinə görə, adıçəkilən sarayda palanlaşdırılan tədbir Elçibəyin yubileyi ilə bağlı tədbirlər planının bir hissəsi olub. Onun sözlərinə görə, iİmtina cavabından sonra tədbirlər planına məcburi dəyişikliklər ediləcək.

“ Turan” agentliyinin xəbərinə görə, Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayı-ndan onlara imtina cavabının sırf texniki məsələlərlə bağlı olduğunu deyiblər.

Xəbərə görə, qeyd ediblər ki, sarayda bir neçə ay əvvəlcədən planlaşdırılan müxtəlif tədbirlər keçirilir. Buna görə də, bəzi hallarda müraciətlərə yerlərin dolu olması və bəzən də müəyyən başqa texniki səbəblərdən imtina cavabı verilir.

Xatırlatma

Əbülfəz Elçibəy Azərbaycanın ikinci prezidenti olub.

O, 1988-ci ildən Azərbaycanda Xalq Hərəkatının liderlərindən biri sayılıb.

1992-ci ilin iyununda Azərbaycan prezidenti seçilən Elçibəy ölkəyə bir ilə yaxın rəhbərlik edib.

Onun hakimiyyəti dövründə Rusiya qoşunları Azərbaycandan çıxarılıb. Tələbə qəbulunda test üsulu tədbiq edilib.

1993-cü il iyunun 4-də Gəncədə hakimiyyətə qarşı silahlı itaətsizlikdən sonra Elçibəy dogma kəndinə - Ordubad rayonunun Kələki kəndinə gedib.

Həmin il Heydər Əliyev Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin qalibi olub.

Elçibəy, 2000-ci ildə Türkiyədə vəfat edib.O 1938-ci il iyunun 24-də doğulub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG