Keçid linkləri

2026, 23 İyul, cümə axşamı, Bakı vaxtı 02:20

Azı 20 jurnalist milli mətbuatın 151 yaşını həbsdə keçirir

'Qızımın şəklini görəndə anladım ki...' - Fərid Mehralızadə həbsdən yazır
Gözlə

No media source currently available

0:00 0:02:55 0:00

'Qızımın şəklini görəndə anladım ki...' - Fərid Mehralızadə həbsdən yazır

Bu gün – iyulun 22-də Azərbaycanda milli mətbuatın 151 ili tamam olur.

Azərbaycan son illər həbs olunmuş jurnalistlərin sayına görə dünyada ön sıralardadır. Hazırda 20-dən çox media mənsubu qaçaqmalçılıq, vergidən yayınma və digər ittihamlarla məhbusdur. Onlar peşə fəaliyyətləri, tənqidi fəaliyyətləri səbəbindən hakimiyyətin qəzəbinə tuş gəldiklərini bildirirlər. Hakimiyyət təmsilçiləri isə bu ittihamı qəbul etmir, ölkədə heç bir jurnalistin peşəsinə görə təqib olunmadığını vurğulayırlar.

2025-ci ildə "AbzasMedia" korrupsiya araşdırmaları nəşrinə qarşı cinayət işi üzrə bir qrup media işçisinə 7 il yarımdan 9 ilədək həbs cəzası kəsilib. AzadlıqRadiosunun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə də həmin şəxslər sırasındadır.

Hazırda "ToplumTV" və "MeydanTV" işi üzrə məhkəmə prosesləri davam edir. Prokuror "ToplumTV işi" üzrə təqsirləndirilən doqquz jurnalist və ictimai-siyasi fəala 13 ildən 16 ilədək azadlıqdan məhrumetmə cəzası verilməsini təklif edib.

MeydanTV məhkəməsi bərpa olundu: Şəmşad Ağa 'saxta iş' dedi, mikrofon söndü
Gözlə

No media source currently available

0:00 0:03:27 0:00

AzadlıqRadiosunun əməkdaşı F.Mehralızadə mayın əvvəlində həbsdən göndərdiyi mesajda yazırdı ki, Azərbaycan həbsxanalarında siyasi məhbus sayılan şəxslərə "jurnalist" deyilir: "Azərbaycan zindanlarında kiminsə siyasi məhbus olduğu bilinən kimi onun azadlıqda müxalifət partiyasının üzvü və ya vətəndaş cəmiyyəti təmsilçisi olmasının fərqi qalmır – hamıya "jurnalist" deyilir. Bu, özlüyündə çox şey deyir: bu gün jurnalistika xeyli riskli peşəyə çevrilib və "jurnalist" anlayışı Azərbaycanda faktiki olaraq "siyasi məhbus" termininin sinoniminə çevrilib".

Ölkədə siyasi təqiblərin olmadığını bildirən hakimiyyət isə son illər Şuşada media forumları təşkil edir. İyulun 13-də "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda IV Şuşa Qlobal Media Forumunda 30 xəbər agentliyinin nümayəndəsi, 60-dan artıq media qurumu iştirak edib. Amma bu beynəlxalq tədbirdə Azərbaycanda həbsdə olan jurnalistlər, bir qayda olaraq, yada düşmür, prezident İlham Əliyevə ölkədə müstəqil mediaya basqılarla bağlı heç bir sual verilmir.

Bu arada Azərbaycan dünya üzrə mətbuat azadlığı reytinqində ildən-ilə geriləyir. Bu il Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) "Dünya Mətbuat Azadlığı İndeksi"ndə 180 ölkə və ərazi arasında 171-ci yeri tutub.

Beynəlxalq insan haqları, media təşkilatları hakimiyyəti tənqidi jurnalistikaya, vətəndaş cəmiyyətinə basqıları dayandırmağa çağırır.

AŞPA prezidenti Bakıya ön şərt qoydu: 'Tanınmış siyasi məhbusları azad edin'
Gözlə

No media source currently available

0:00 0:18:02 0:00

Avropa Şurası Parlament Assambleyası (AŞPA) iyunun 24-də Strasburqdakı plenar sessiyasında qəbul etdiyi qətnamədə Azərbaycanda tənqidi səslərin susdurulmasından narahatlığını bildirib. Sənəddə vurğulanır ki, ölkədə məhdudlaşdırıcı qanunlar müstəqil jurnalistikanın, real siyasi müxalifətin, vətəndaş cəmiyyəti institutlarının və ifadə azadlığının sıxışdırılması ilə nəticələnib.

1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi "Əkinçi" qəzetini nəşr etdirməklə milli mətbuatın əsasını qoyub. 1877-ci ildə fəaliyyəti dayandırılan qəzetin yalnız 56 sayı işıq üzü görüb.

XX əsrin əvvəllərində Azərbaycanda "Ziya", "Kəşkül", "Şərqi-rus", "İrşad", "Molla Nəsrəddin" kimi qəzet və jurnallar "Əkinçi" ənənələrini davam etdirib.

XS
SM
MD
LG