Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Avqust, Cümə axşamı, Bakı vaxtı 10:41

Azərbaycanda milli mətbuat günüdür


Arxiv fotosu

Bu gün iyulun 22-si ölkədə Milli Mətbuat Günüdür.

Düz 142 il bundan öncə Həsən bəy Zərdabi Azərbaycanda ilk mətbu orqanı- “Əkinçi” qəzetinin nəşrinə başlayıb.1991-ci ildən pezident Ayaz Mütəllibovun sərəncamı ilə Azərbaycanda iyulun 22-si Milli Mətbuat Günü kimi qeyd olunur.

Bütün Qafqazda əks-səda doğuran «Əkinçi» qəzeti 1875-1877-ci illər ərzində nəşr edilib və cəmi 56 sayı işıq üzü görüb. Ancaq bu qəzetin Azərbaycan mətbuatının formalaşmasında müstəsna əhəmiyyəti olduğu bildirilir.

Hər ilin bu günü ölkədə rəsmi və qeyri rəsmi tədbirlər keçirilir, mətbuat işçiləri müxtəlif mükafatlarla təltif edilirlər.

Həsən bəy Məlikov (Zərdabi) 1837-ci ildə doğulub. Moskva Universitetini bitirib, islam dünyasının ilk təbiətşünas alimi olub. O, 1873-cü ildə öz şagirdləri ilə birlikdə Bakıda Azərbaycan dilində ilk teatr tamaşası da göstərib .1907-ci ildə vəfat edib.

Buna da bax: Prezidentin media nümayəndələrinə ev verməsi jurnalist etikasına uyğundurmu?

Prezidentdən ev alan jurnalist onu necə tənqid edəcək?
Gözlə

No media source currently available

0:00 0:14:56 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG