Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:57

Məşgulluq qanunu qəbul ərəfəsində


Milli Məclis, 4 mart 2011
Milli Məclis, 4 mart 2011

İyunun 21-də Milli Məclisin əmək və sosial siyasət komitəsi “Məşğulluq haqqında” qanun layihəsini üçüncü oxunuşda müzakirəyə çıxarıb.

AZƏRTAC-ın xəbərinə görə, müzakirələrdə vurğulanıb ki, qanun layihəsində birinci və ikinci oxunuşdan sonra təkliflər nəzərə alınıb və müəyyən dəyişikliklər edilib.

İkinci oxunuşda 5 fəsil, 34 maddədənibarət olan qanun layihəsinin həcmigenişləndirilib. 3-cü oxunuşda müzakirəedilən qanun layihəsi 6 fəsil, 37 maddədən ibarət olub.

Qanun ölkə Konstitusiyasına uyğunolaraq, məşğulluğa kömək sahəsindədövlət siyasətinin hüquqi, iqtisadi,təşkilati əsaslarını, eləcə də işaxtaran vəişsiz şəxslərin sosial təminatını müəyyənetməlidir. Layihədə məşğul şəxslər, məşğulluq, peşə standartları,vakansiya bankı, sığorta və başqa sosialməsələlərə aydınlıq gətirilir.

Komitə sonuncu oxunuşda qanun layihəsini bəyənib.

Xatırlatma

Hazırda qüvvədə olan "Məşgulluqhaqqında" qanun 2001-ci ildə qəbuledilib. Həmin qanun 30 maddədənibarətdir.

Yeni qanun layihəsi ötən il hazırlanıb, MilliMəclisdə birinci və ikinci oxunuşda qəbuledilib.

XS
SM
MD
LG