Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:53

Sahibə Qafarova Milli Məclisin sədri seçildi


S.Qafarova
S.Qafarova

Milli Məclisə yeni sədr və onun müavinləri seçilib

Milli Məclisin yeni tərkibdə bu gün, martın 10-da keçirilən ilk iclasında I vitse-spiker və vitse-spikerlərin seçilməsi məsələsi də müzakirə edilib.

Səsvermə nəticəsində YAP-ın namizədi Əli Hüseynli I vitse-spiker, Adil Əliyev (bitərəflərin namizədi) və Fəzail İbrahimli (parlamentdə azlıq təşkil edən partiyaların namizədi ) isə vitse-spiker seçilib.

Ə.Hüseynli V çağırış Milli Məclisdə Komitə sədri olub. A.Əliyev və F.İbrahimli də deputat kimi V çağırış Milli Məclisdə təmsil olunublar.

Bundan əvvəl Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov (o da yenidən deputat seçilib), vitse-spiker isə Bahar Muradova idi. B.Muradova bu parlamentdə təmsil olunmur. Parlamentin əvvəlki sədr müavinlərindən biri də Valeh Ələsgərov idi. O, da bu tərkibdə yoxdur.

VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası
VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası

+++

VI çağırış Azərbaycan Milli Məclisinin ilk iclası davam edir.

Gündəlik təsdiqləndikdən sonra Milli Məclis sədrinin seçilməsi məsələsi müzakirə olunub. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası deputat Sahibə Qafarovanın Milli Məclisin sədri kimi namizədliyini irəli sürüb.

S.Qafarova Yeni Azərbaycan Partiyasının sədrinə (Prezident İlham Əliyevə) və partiya üzvlərinə təşəkkürünü bildirib.

Sonra səsvermə olub və 116 səs leyinə olmaqla (böyük əksəriyyət) S.Qafarova Milli Məclisin sədri seçilib.

V çağırış Milli Məclisin sədri Oqtay Əsədov idi.

Milli Məclis
Milli Məclis

Milli Məclisin yeni tərkibdə ilk iclası başlayıb

Bu gün, martın 10-da Azərbaycan Milli Məclisinin yeni tərkibdə ilk iclası başlayıb. İclasda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir.

Toplantı Milli Məclisin deputatı Ziyad Səmədzadənin sədrliyi ilə keçirilir.

İclasda təşkilati məsələlərə baxılır.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Milli Məclisin spikeri postuna Sahibə Qafarovanın namizədliyi irəli sürülüb. YAP-ın Milli Məclis sədrinin müavini postuna namizədi Əli Hüseynlidir.

Milli Məclisdə bitərəf deputatların sədr müavini postuna namizədi isə Adil Əliyevdir. Onların sədr postuna namizəd vermədikləri qeyd edilir.

Sahibə Qafarova kimdir

Sahibə Əli qızı Qafarova 1955-ci ildə doğulub. 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat seçildiyi açıqlanıb. Filologiya elmləri doktorudur.

Bundan əvvəl də V çağırış Milli Məclisin üzvü olub. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətində fəaliyyət göstərib. Hakim YAP-ın üzvüdür.

O, Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyat İnstitutunu və Dillər Universitetini bitirib.

Yeni parlamentdən gözlətiniz nədir?
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

Xatırlatma

Bu il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərin nəticələrinə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yenə Azərbaycan Partiyası (YAP) qazanıb. Əslində, Azərbaycanda parlament seçkiləri bu ilin payızında keçirilməli idi. Amma deputatlar YAP-ın istəyi ilə parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi xahişi ilə ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezidentin islahatlarına dəstək məqsədi ilə izah etmişdilər.

Müxalifətin bir qismi hakimiyyətin islahatların imitasiyasını yaratmaq istədiyini bildirərək seçkiləri boykot etdilər. Onlar dedilər ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum mühit belə yoxdur. Rəsmilər isə bu fikirlərlə razılaşmırlar.

Seçkinin səhəri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da ilkin rəyini açıqladı və orada bir sıra tənqidi fikirlər yer aldı.

Seçkidən sonra MSK 4 dairədə nəticələri ləğv etmişdi. Həmin dairələrdə seçicilərin iradəsinə müdaxilə olduğu bildirilirdi.

Bəzi müxalif partiyalar və müstəqil namizədlər isə bütün dairələrdə nəticələrin ləğvini istəyirdilər. Hərçənd, MSK və Konstitusiya Məhkəməsi buna ehtiyac görmədi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG