Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:54

Milli Mәclisin müzakirə edəcəyi məsələlər bəlli oldu


Milli Məclisinin növbədənkənar sessiyasının plenar iclasında "Əmək pensiyaları haqqında" qanuna, "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsinə vә digәr mәsәlәlәrә baxılacaq. Bu haqda “Azərtac” məlumat yayıb.

Bundan başqa "Məhkəmələr və hakimlər haqqında", "Dövlət rüsumu haqqında", "Yol hərəkəti haqqında" qanunlar vә Cinayət, Cinayət Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar məcəllərinə dəyişikliklәrin müzakirә olunacağı gözlənilir.

Milli Məclisdən bildirilir ki, yay sessiyasının son iki iclası iyulun 9-u və 12-də keçiriləcək.

Bir gün öncə yerli mediada və sosial şəbəkələrdə parlamentin fövqəladə iclasının çağırılacağı, Milli Məclisin buraxılacağı haqda məlumatlar yer almışdı.

Milli Məclisin mətbuat xidmətindən bildirilir ki, nə Konstitusiyada, nə də Milli Məclisin Daxili Nizamnaməsində “təcili” və yaxud “fövqəladə” sessiyaların keçirilməsi nəzərdə tutulub.

“Milli Məclis həmişə olduğu kimi normal iş qaydasında fəaliyyət göstərir. Milli Məclisin iyul ayının 15-dək keçiriləcək iclaslarında qeyri-adi bir şey axtarmağın heç bir əsası yoxdur”, - qurumun açıqlamasında deyilir.

XS
SM
MD
LG