Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:36

Milli Məclis ‘maska cərimələri’ müəyyən edib (VIDEO)


Azərbaycanda, müəyyən edilmiş yerlərdə ağız və burunu örtən maska taxmayan şəxslər cərimələnəcək.

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə bu dəyişikliyi bu gün, iyunun 2-də təsdiqləyib.

“Prezident yəqin ki, 3-4 günə imzalayacaq...”

Deputat Fazil Mustafa AzadlıqRadiosuna deyir ki, dəyişikliyin tezliklə qüvvəyə minəcəyi gözlənilir:

“Maskasız gəzən fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər də 200 manat cərimələnəcəklər. Bu hal təkrar baş verərsə, cərimə iki dəfə artırılacaq. Bu dəyişiklik prezident imzalayandan sonra qüvvəyə minəcək. Prezident yəqin ki, 3-4 günə imzalayacaq”.

Deputat deyir ki, hüquqi şəxslər deyərkən, müəssisə rəhbərləri nəzərdə tutulur. Yəni, hər bir müəssisə rəhbəri öz işçilərinin maska taxmasına nəzarət etməlidir.

Fazil Mustafa bildirir ki, maska tələb olunan yerlərin siyahısını Nazirlər Kabineti yanında Operativ Qərargah müəyyənləşdirəcək.

Onun sözlərinə görə, maskaların fabrika istehsalı olması vacib deyil, evdə tikilmiş maskalar da qəbulolunandır.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənməyə çalışıb. Onlar maskaya görə cərimə haqda nə düşünürlər?

Maskaya görə cərimələr qüvvəyə mindi
Gözlə

No media source currently available

0:00 0:02:29 0:00

Bəzi təndiqçilər hesab edirlər ki, bəzən vətəndaşlar ehtiyac olmadığı halda cərimələnir. AzadlıqRadiosuna karantin vaxtı, SMS-lə icazəyə görə, yersiz cərimələnmədən şikayət edənlər olmuşdu.

Ara yerdə ünvanlı yardımın müddəti azaldıldı

Dünya Səhiyyə Təşkilatı yalnız xəstəlik əlamətləri olduğu halda maska taxmağı tövsiyə edir və bildirir ki, sağlam adam xəstəyə qulluq etdiyi zaman maska taxmalıdır.

Bəzi hökumətlər isə hər kəs üçün maska taxmağı məcburi elan ediblər.

Məsələn, Çexiyanın bəzi hökumət rəsmiləri hesab edirlər ki, ölkədə yoluxma hallarının azalması məhz virusun yayılmağa başladığı ilk günlərdən maska taxmağı hər kəs üçün məcburi etmək qərarı ilə bağlıdır. Bu ölkədə maskaya görə cərimə 10 min krona - təqribən 700 manata qədərdir.

Milli Məclis bu gün həm də Ünvanlı Sosial Yardım haqda qanuna dəyişikliyi qəbul edib.

Dəyişikliyə görə, ünvanlı yardım əvvəlki kimi iki illiyinə yox, bir illiyinə təyin olunacaq.

XS
SM
MD
LG