Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

ABŞ Milli Kitab mükafatçılarından biri də ‘Rusiya kitabı’ olub


Masha Gessen
Masha Gessen

Amerika Milli Kitab mükafatları (National Book Awards) bu il 68-ci dəfədir ki, təqdim olunub.

Ədəbiyyat tənqidçiləri deyirlər ki, ABŞ-da hər il Milli Kitab qeyri-mənfəət fondu tərəfindən verilən bu mükafatların laureatları amerikalıların müxtəlif zövqlərə malik olduğunu nümayiş etdirir.

Birləşmiş Ştatlarda hər il 304 min adda kitab nəşr olunur. Bu Almaniyadakından iki dəfə çox olsa da, ABŞ hər il buraxılan kitabların sayına görə Çindən sonra ikinci ölkədir.

Manhattandakı Cipriani Wall Street-də keçirilən tətntənəli mərasimin aparıcılığını aktrisa Cynthia Nixon edirdi, mükafatları təqdim edənlər isə prezident Bill Clinton və aktrisa Anne Hathaway idi.

2017-ci ilin Milli Kitab mükafatı qalibləri isə bunlardır:

Bədii: Jesmyn Ward - "Sing, Unburied, Sing" (Oxu, dəfn olunmadan, oxu)

Qeyri-bədii: Masha Gessen, "The Future Is History: How Totalitarianism Reclaimed Russia" (“Gələcək tarixdir: Totalitarizm Rusiyanı necə geri aldı”)

Poeziya: Frank Bidart, "Half-light: Collected Poems 1965-2016" (“Alatoran: Seçilmiş şeirlər 1965-2016”)

Uşaqlar və gənclər üçün ədəbiyyat: Robin Benway, "Far from the Tree" (“Ağacdan uzaqda”)

Amerika-Rusiya jurnalisti, AzadlıqRadiosunun yazarı Masha Gessen mükafatı alarkən deyib: “Mənim təsəvvürümə də gəlməzdi ki, bir Rusiya kitabı Milli Kitab Mükafatına layiq görülsün, amma indi çox şeylər dəyişib”.

Tənqidçilərin fikrincə Milli Kitab mükafatı Man Booker və ya Pulitzer mükfatları qədər nüfuzlu hesab olunmasa da, təsis edildiyi 1950-ci ildən bəri mötəbər reputasiyaya malikdir.

Müasir zəmanəmizin az qala bütün Amerika ədəbiyyatı bu mükafatdan keçib: Saul Bellow, Ralph Ellison və Rachel Carson bu mükafatı alan birincilərdən olublar.

Mükafatı son vaxtlarda almış yazıçılardan biri də Ta-Nehisi Coates-dur. Onun "Between the World and Me" (“Dünya və mən arasında”) kitabı mükafatı 2015-ci ildə alıb. Yazıçı elə həmin ilMacArthur Foundunun “dahilik” qrantına layiq görülüb.

Ötən ilin bədii kitablar kateqoriyasında qalib olmuş "The Underground Railroad" (“Yeraltı dəmir yolu”) kitabının müəllifi Colson Whitehead həm Pulitzer mükafatına, həm də Andrew Carnegie fondunun medalına sahib olub.

Amerika Milli Kitab mükafatına bu il 1529 əsər təqdim edilmişdi. Bunlardan 553 qeyri-bədii kitablar idi.

Qalibləri 5 münsifdən ibarət heyət müəyyən edir. Münsiflər heyətinə kitabxanaçılar, kitabsatanlar da daxil ola bilər, vaxtilə bu mükafatı özləri almış yazıçılar da.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG