Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 18:54

Mike Pompeo ABŞ-ın illik insan haqları hesabatını təqdim etdi


ABŞ dövlət katibi Mike Pompeo
ABŞ dövlət katibi Mike Pompeo

Birləşmiş Ştatların illik hesabatında Rusiya və İran həm ölkə daxilində, həm də xaricdə bir çox ciddi insan haqları pozuntuları törətməkdə ittiham olunur.

Dövlət Departamenti özünün 2018-ci il üçün Dünya Ölkələrində İnsan Haqlarının Vəziyyəti barədə ənənəvi illik hesabatında bildirir ki, Rusiya hakimiyyəti ölkə daxilində və xaricdə, xüsusilə də Ukraynanın Krım yarımadasında və bu ölkənin şərqində “ciddi” insan haqları pozuntuları törədib və ya belə əməllərdə iştirakçı olub.

Martın 13-də Vaşinqtonda hesabatı təqdim edən dövlət katibi Mike Pompeo habelə deyib ki, insan haqları pozuntularında Çinin də rolu var.

Hesabata görə Rusiya daxilində törədilmiş insan haqları pozuntularına Çeçenistandakı LGBT icması üzvlərinin qanunsuz qətlləri, adamların yoxa çıxması, özbaşına və əsassız həbslər, habelə ifadə azlığının və mediaya qarşı “sərt repressiyalar” daxildir.

Hesabatda qeyd olunur ki, Rusiya ölkə xaricində - “Ukraynanın şərqindəki silahlı münaqişədə əhəmiyyətli hərbi rola malik olub”.Bu da əlavə edilir ki, “Rusiya qüvvələri 2014-cü ildə ilhaq etdiyi Krımın işğalını davam etdirir”.

Hesabatda İran beynəlxalq standartlarla ciddi sayılmayan cinayətlərə görə edamlar, qanunsuz qətllər, adamların yoxa çıxması və dövlər qulluqçuları tərəfindən həyata keçirilən işgəncələr də daxil “çox ciddi” insan haqları pozuntularında ittiham olunur.

Pompeo hesabatı təqdim edərkən deyib ki, İran hökuməti 20-dək etirazçını qətlə yetirib və minlərlə başqalarını sadəcə olaraq hüquqlarını müdafiə etmək məqsədilə nümayişə çıxdıqlarına görə qanunsuz həbs edib.

Dövlət katibi vurğulayıb ki, İranda bu sayaq insan haqları pozuntuları artıq onilliklər ərzində davam etdirilir.

Hesabatda deiylir ki, Tehran minlərlə siyasi məhbusu həbsxanalara salıb, ifadə azadlığını məhdudlaşdırıb, mediada senzura tətbiq edib, interneti bloklayıb və böhtanı cinayət əməli kateqoriyasına daxil edib.

Hesabata görə İranın Suriya, İraq və Yəməndəki insan haqları pozuntularında da rolu olub. Hesabat Tehranı prezident Bashar al-Assada hərbi dəstək verməklə, İraqdakı şiə silahlı qruplaşmalarını və Yəməndəki huti qiyamçılarını dəstəkləməklə insan haqlarını pozmaqda ittiham edir.

Pompeo hesabata şərhlərində Çinin son bir ildə Sintzyan əyalətindəki müsəlman azlığına qarşı həbslər kampaniyasını intensivlərdiyini və onları zorla islah düşərgələrinə göndərdiyini bildirir.

Hesabatda deyilir ki, Çində 800 minlə 2 milyon arasında uyqur, qazax və başqa müsəlmanlar sözü gedən düşərgələrdə saxlanır.

XS
SM
MD
LG