Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

ABŞ “Taliban” hərəkatı ilə danışıqlarda ciddi irəliləyiş olmasını alqışlayıb


 Mike Pompeo,ABŞ Dövlət katibi
Mike Pompeo,ABŞ Dövlət katibi

ABŞ Dövlət katibi Mike Pompeo ABŞ və “Taliban” nümayəndələri arasında aparılan danışıqlarda irəliləyiş olmasını alqışlayıb.

Reuters və digər qərb agentliklərinin məlumatına görə, Qətərdə aparılan 6 günlük danışıqlarda Əfqanıstan münaqişəsinin həlli yolları müzakirə olunub.

Pompeo yanvarın 26-da deyib ki, ABŞ Əfqanıstanın beynəlxalq terrorçuluq üçün bir məkan olmaması və bu ölkədə sülhə nail olunmasına ciddi yanaşır.

Dövlət katibi bildirib ki, Vaşinqton Əfqanıstanın suverenliyi,müstəqilliyi və inkişafının möhkəmlənməsi üçün Əfqanıstan hökuməti və bütün maraqlı tərəflərlə əməkdaşlıq edir.

ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi Zalmay Xəlilzad (Zalmay Khalilzad) bundan əvvəl bəyan edib ki, ABŞ və “Taliban” hərəkatının nümayəndələri arasında aparılan son danışıqlar, əvvəlkilərdən daha səmərəli olub və tərəflər vacib məsələlərdə böyük irəliləyişə nail olublar.

​Xəlilzad bildirib ki, əldə edilmiş razılaşmanı Əfqanıstan hakimiyyəti ilə müzakirə etmək üçün bu ölkəyə gedir. Amma o özünün “Tvitter” səhifəsində qeyd edib ki, hələlik bütün məsələlərdə razılıq əldə edilməyib.

Beynəlxalq agentliklər də bundan əvvəl Qətər danışıqlarında Əfqanıstan münaqişəsinin həlli ilə bağlı danışıqlarda ilkin razılıq əldə olunduğunu xəbər verirdilər.

Məlumatlara görə, “Taliban” hərəkatı xüsusi ilə “İslam dövləti” və “Əl Qaidə” qruplarının Əfqanıstan ərazisindən istifadə etmələrinə imkan verməyəcəyini vəd edib.

Razılaşmada həmçinin barışıq, Əfqanıstanda müvəqqəti hökumətlə bağlı razılaşma, həmçinin xarici qoşunların 18 ay ərzində Əfqanıstandan çıxarılması nəzərdə tutulur.

Razılaşmanın mətni hələlik açıqlanmayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG