Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

ABŞ Dövlət katibi Azərbaycan prezidentinə bunları yazıb


Mike Pompeo
Mike Pompeo

ABŞ Dövlət Katibi Mike Pompeo “əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda yazılıb ki, son iyirmi beş il ərzində Birləşmiş Ştatlar Azərbaycanın enerji ehtiyatlarının inkişafı, qlobal enerji təhlükəsizliyinin qorunması və müstəqil dövlət kimi inkişafına dair göstərdikləri səylərdə sadiq tərəfdaş olub:

“1994-cü ildə sözü gedən müqavilənin imzalanması və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşası sayəsində Azərbaycan dünya neft bazarında vacib təchizatçiya çevrilib, Xəzər və Aralıq dənizləri arasında ilk enerji əlaqəsinin yaradılmasında vacib rol oynayıb”.

Onun bildirməsinə görə, Avropanın enerji təhlükəsizliyində strateji rol oynayan Cənub Qaz Dəhlizinə təkan verən Azərbaycan yenidən aparıcı rol oynamaqda davam edir:

“...Biz sizin səylərinizi dəstəkləyir və Azərbaycanın iqtisadi uğurunun bölgədə sabitliyin və firavanlığın inkişafı üçün vacib olmasına inanırıq. Enerji sahəsində olan uğurlu tərəfdaşlığımız bizim həmçinin iqtisadi, təhlükəsizlik, insan haqlarının irəliləməsi, fundamental azadlıqlar və demokratik idarəçilik sahələrini əhatə edən strateji münasibətlərimizə də müsbət töhfə verib. Birləşmiş Ştatlar sözü gedən bütün sahələrdə göstərdiyimiz fəaliyyətlərin davam etdirilməsi və dərinləşdirilməsi niyyətindədir. Yenidən bu mühüm ildönümü münasibətilə sizi təbrik edirəm”.

Xatırlatma

1994-cü il sentyabrın 20-də Bakıda Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunun işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında müqavilə imzalanıb.

Saziş 30 il müddətinə imzalanıb və 1994-cü il dekabrın 2-də Milli Məclisdə ratifikasiya olunub.

Onda layihəyə qatılanlar və onların payı belə olub: BP 35.78 faiz, Chevron – 11.27 faiz, ExxonMobil 8.0 faiz, ONGC Videsh Limited - 2.72 faiz, Inpex-10.96 faiz, Itochu-4.3 faiz, SOCAR-11.65 faiz, Statoil-8.56 və TPAO-6.75 faiz.

2017-ci ildə isə bu sazişin müddəti 2050-ci ilə qədər uzadılıb və payda bəzi dəyişikliklər edilib.

Hazırda isə AÇG üzrə iştirak payları aşağıdakı kimidir:

BP-30.37, SOCAR-25, Chevron-9.57, INPEX-9.31, Equinor-7,27, ExxonMobil-6.79, TPAO-5.73, ITOCHU-3.65 və ONGC Videsh Limited (OVL) – 2.31 faiz.

Azərbaycanın bu sazişdən indiyə kimi ümumilikdə 170 milyard dollar vəsait əldə etdiyi bildirilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG