Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:38

Mike Pence Türkiyə və Almaniyaya ‘Rusiya xəbərdarlığı’ edir


Mike Pence
Mike Pence

ABŞ vise-prezidenti Mike Pence Türkiyə və Almaniyaya, bu ölkələrlə Rusiya arasındakı işbirliyi ilə bağlı xəbərdarlıq edib. O Ankaranı “məsuliyyətsiz” adlandırıb, Berlinin isə Moskvanın “əsiri” olduğunu bildirib.

Pence bu bəyanatı aprelin 3-də, Vaşinqtonda NATO-nun yaradılmasının 70 illiyi ilə bağlı tədbirlərin keçirildiyi bir vaxtda verib. İstər Almaniya, istərsə də Türkiyə NATO üzvüdürlər.

Pence ABŞ-ın, Türkiyənin Rusiyadan antiraket sistemləri almasına qarşı olduğunu bildirib. O deyib ki, Ankara NATO-nun aparıcı üzvü olmaqla bu alyansa təhlükə təşkil edən sövdələşmə arasındaseçim etməlidir:

"Türkiyə seçim etməlidir. Türkiyə tarixdə ən uğurlu hərbi alyansın mühüm üzvü olaraq qalmaq istəyir, yoxsa alyansı sarsıdan belə məsuliyyətsiz qərarlar qəbul etməklə bu partnyorluğun təhlükəsizliyini riskə atmaq istəyir?”

ABŞ və NATO-nun üzvü olan başqa ölkələr Ankaraya Rusiyadan S-400 antiraket sisteminin alınması üçün razılaşmanı ləğv etməyə çağırıblar. Onlar bildirirlər ki, S-400 raket sistemi NATO sistemlərinə uyğun deyil və Türkiyəni ABŞ-dan F-35 qırıcılarını almaq imkanından məhrum edə bilər.

Vaşinqton bildirib ki, Türkiyə Rusiyadan S-400 sistemini almaq fikrindən daşınmadığına görə ABŞ da ona F-35 qırıcılarının verilməsi proqramını dayandırıb.

Bundan başqa Dövlət Departamentinin vəzifəli rəsmilərindən biri bu həftə keçirdiyi brifinqdə demişdi ki, Ankara Rusiyadan S-400 sistemlərinin alınması prosesini davam etdirərsə ABŞ-ın sanksiyaları ilə üzləşə bilər.

Lakin Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu NATO yığıncağında bildirib ki, S-400-lərin alınması artıq qərara alınmış məsələdir və “biz bu mövqeyimizdən geri çəkilməyəcəyik”.

Başqa bir Türkiyə lideri – vise-prezident Fuat Oktay Pence-in bəyanatına cavab olaraq deyib ki, Ankaranın müttəfiqi olaraq qalmaq istəyib-istəmədiyini Vaşinqton qərarlaşdırmalıdır. Oktay bu barədə Twitter-də yazıb:

"Seçimi Birləşmiş Ştatlar etməlidir: O Türkiyənin müttəfiqi olaraq qalmaq, yoxsa NATO müttəfiqinin düşmən qarşısında təhlükəsizliyini öz qüvvələrini terrorçularla birləşdirməklə riskə atmaq arasında seçim etməlidir”.

Bu arada Pence Almaniyaya xəbərdarlıq edib ki, o Rusiya ilə ŞimalAxını2 qaz kəməri sazinə girməklə özünü “Moskvanın əsirinə” çevirir:

"Əgər Almaniya, prezident Trump-ın dediyi kimi, ŞimalAxını2 kəmərinin tikilməsində israr edərsə, Almaniyanın iqtisadiyyatı sözün əsl mənasında Rusiyanın əsirinə çevrilə bilər”.

ŞimalAxını2 qaz kəmərinin tikintisi 2019-cu ildə başa çatmalıdır. Bu kəmər Rusiya qazını Baltik dənizinin dibi ilə Almaniyaya nəql etməlidir.

Bu kəmər habelə Avropanın bir neçə tranzit ölkəsindən, o cümlədən Ukraynadan yan keçməlidir.

Vaşinqton və Avropanın bəzi ölkələri narahatdırlar ki, üzərinə heç bir hüquqi öhdəliklər qoyulmayan belə bir kəmər Avropa İttifaqının Moskvadan asılılığını artıra bilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG