Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:48

Nazir: 'Vergi ödəyicilərindən artıq ödəmələr tələb edilib'


Mikayıl Cabbarov
Mikayıl Cabbarov

Bu gün, fevralın 13-də «Vergilər. Şəffaflıq. İnkişaf» adlı konfransda vergilər naziri Mikayıl Cabbarov bu qurumun fəaliyyətində müsbət və mənfi məqamları açıqlayıb.

APA-nın xəbərinə görə, nazir deyib ki, qurum öz inkişafında böyük yol keçib:

«Bu yolun həm müsbət, həm də mənfi səhifələri olub. Müsbət səhifələr kimi qeyd etmək olar ki, vergi orqanlarının fəaliyyəti tam avtomatlaşdırılıb, vergi öhdəliklərinin bütün tarixcəsini özündə əks etdirən vahid informasiya sistemi yaradılıb. Vergi ödəyicilərinə göstərilən xidmətlər mütərəqqi prinsiplər əsasında qurularaq əksəriyyəti elektronlaşdırılıb. «Çağrı Mərkəzi», «Bir pəncərə» sisteminin əsası bu nazirlikdə qoyulub».

***Buna da bax-Vergi Məcəlləsinin dəyişdirilməsi təklif olunur

M.Cabbarov nazirliyin fəaliyyətində mənfi məqamlara da toxunub. O deyib ki, bəzi hallarda plan və proqnozun yerinə yetirilməsi naminə vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələr tələb edilib.

Nazir deyib ki, vergi orqanlarında korrupsiyanın tam kökünün kəsilməsindən ötrü bütün resurslar səfərbər ediləcək.

Vergi əməkdaşları
Vergi əməkdaşları

«Yeni nəsil vergi əməkdaşları yetişdiriləcək»

«Vergilər Nazirliyi işini dəyişdirəcək və stimullaşdırıcı siyasət həyata keçirəcək».

«Turan» agentliyinin xəbərinə görə, bu açıqlamanı bu gün, fevralın 13-ü vergilər naziri Mikayıl Cabbarov ölkənin vergi siyasətinə həsr olunan konfransda bildirib.

Stimullaşdırmanın təfsilatını açıqlamayan nazir bildirib ki, vergilər sahəsində islahatlar bütün sistemin şəffaflığına və cəzbedici vergi mühitinin yaradılmasına şərait yaradacaq.

***Buna da bax-Ukraynada vergi xidmətinin azərbaycanlı başçısı vəzifəsindən çıxarılıb

Daha sonra o bildirib ki, əsas məqsədlərindən biri vergi ödəyicilərinin sayının artırılması hesabına vergi bazasının genişləndirilməsidir. Eyni zamanda, nazir deyib ki, vergi işçiləri sahibkarları dəstəkləməli və iqtisadiyyatın inkişafına şərait yaratmalıdır.

«Əsaslandırılmamış maliyyə sanksiyalarına yol verməmək üçün bütün mübahisəli hallar mütləq qaydada vergi ödəyicisinin iştirakı ilə araşdırılacaq. Apellyasiya Şurasının fəaliyyəti aktivləşdiriləcək, vergi administrasiyası açıq və şəffaf çalışacaq», - deyən M.Cabbarov əlavə edib ki, nazirlik könüllü vergi ödənişi prinsipinə keçməyi təklif edir. Bunun nə demək olduğunu açıqlamayan M.Cabbarov yeni nəsil vergi əməkdaşlarının hazırlanacağını açıqlayıb.

«Onlar vergi ödəyicilərini qurban kimi deyil, hüquqları olan tərəfdaş kimi görəcək. Vicdanlı vergi ödəyicisi ilə qeyri-vicdanlı davranan ödəyici arasında fərq qoyulmalıdır. Vicdanlı vergi ödəyicisinin səhv etməyə haqqı var. Vergi orqanının vəzifəsi bu səhvin baş vermə anını gözləmək deyil, onun bütün vasitələrlə qarşısını almaqdır. Belə yanaşma «vergi ödəyicisinə göstərilən xidmətlər» anlayışına yenidən baxılmasını və genişləndirilməsini tələb edir. O, biznesin təsis edilməsi və aparılmasına dəstək göstərilməsini də əhatə etməlidir. Vergilər Nazirliyi düzgün vergi planlaşdırılması ilə vergidən yayınmanı fərqləndirə bilir. Birinci müsbət qarşılanırsa, ikincisini cinayət sayırıq», -deyə nazir bildirib.

Xatırlatma

M.Cabbarov ötən il dekabrın 5-də vergilər naziri təyin edilib. Ondan əvvəl həmin postu Fazil Məmmədov tutub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG