Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:03

'Mənim ağzımı yuma bilməzlər!'


Mikael Saakashvili
Mikael Saakashvili

Saakashvili-ni qürur duyduğu iki şeydən məhrum ediblər

Ukraynanın Odessa vilayətinin qubernatoru Mikael Saakashvili inzibati xidmətlər mərkəzinin bağlanmasından Kiyev hakimiyyətini suçlu bilib. Üstəlik, ona xas olan emosional tərzdə kəskin ifadələr işlədib:

“Onlar mənim ağzımı bağlaya bilməzlər! Mən istəyirəm, onlar bu uşaqlara baxsınlar. Siz onları işsiz qoyursunuz!”.

Bu xidmət Saakashili-nin qubernator vəzifəsində olduğu müddətdə başlıca uğurlarından sayılırdı. İnzibati xidmətlər mərkəzində vilayət və şəhər sakinləri növbəyə dayanmadan, qısa zaman içində gərəkli sənədləri əldə edə bilirdilər. Burada pasport, sürücü vəsiqəsi, torpaq və başqa əmlaka dair sənədləri almaq imkanı yaradılmışdı və 60-dan çox inzibati xidmət göstərirdi.

Buna da bax: Prezident: «2016-ci il islahatlar ili olacaq»

Saakashvili həmin mərkəzi açarkən, buna bənzər xidmətin Gürcüstanda çoxdan uğurla işlədiyini vurğulamışdı. Amma Ukraynada durum fərqlidir. Odessadakı mərkəz, vur-tut, bir il işlədi, o da tam yox. Və mülkiyyət hüququnun qeydə alınmasına dair yeni qanunun qəbulundan sonra bağlanmalı oldu. Qanunda ukraynalılara daşınmaz əmlakın qeydiyyatını və mülkiyyətin qorunmasını asanlaşdırmaq niyyətiylə dəyişikliklər edilmişdi. Amma Odessa qubernatoru iddia edir ki, əslində, vəziyyət ziddiyyətlidir. Qanun, sadəcə, belə müəssisələrin maliyyə mənbələrini qapadıb.

Foto: arxiv
Foto: arxiv

“Ona görə pis yaşayırıq ki, islahat getmir!”

“Bu qanun bir il əvvəl pilotlaşdırılan və həyata keçirilən islahatların Odessa paketindəki inzibati xidmət sahəsində bir yox, on addım geriyə atılmış addımdır”, - vətəndaşlara xidmət mərkəzinin kuratoru Artur Amirov belə deyir və sözünü tamamlayır: “Biz bunu fəlakət sayırıq”.

Saakashvili inadla bildirir:

“İnsanları aldadırlar ki, islahatlar gedir, ona görə pis yaşayırsınız! Yox, biz ona görə pis yaşayırıq ki, bu islahatlar getmir! Elə götürək polisi. Biz çoxlu sayda gəncləri cəlb etdik, yoxladıq və onlar Ukrayna polisinə qəbul olundu. Amma onlara cüzi maaş verirlər və bu maaş heç nəyə çatmır!”.

“Ani nikah evi” də bağlanır

Vətəndaşlara Xidmət Mərkəzinin ardından ""Ani nikah evi" də bağlanır. Bu Saakashvilinin daha bir uğurlu layihəsi idi. Nikaha girmək istəyən cütlər bir gün içində öz münasibətlərini rəsmiləşdirə bilirdilər. Çevikliyə isə elə sözügedən Vətəndaşlara Xidmət Mərkəzi təminat verirdi.

İndi odessalılar onlara vəd edilən islahatların qızğın müzakirəsinə başlayıblar.

“Mən belə anlayıram ki, Vətəndaşlara Xidmət Mərkəzi olmalıdır və işləməlidir! Bunlar ciddi işlərdir. Orada insanlara lazım olan geniş diapazonlu işlər görülürdü”, - narazı şəhər sakinlərindən biri “Currenttime tv”-yə belə deyir.

Daha bir sakin əlavə edir: “Bu, insanlar üçün rahatdır! Gəldiniz, qol çəkdiniz, vəssalam”.

Saakashvili odessada
Saakashvili odessada

Amma bəziləri mərkəzin bağlanmasını problem saymır. “Sistem yaxşıdır, amma bircə onu deyim ki, çox bahadır. İndiki zamanda insanlardan bu qədər pul almaq – bu, lap çoxdur!” – deyə şikayətlənənlər də var.

“Amma burada bağlayıblarsa, başqa yerdə açarlar! Necə deyərlər, müqəddəs yer boş qalmaz!” – bir başqa odessalı da belə düşünür.

Hər iki layihə “Odessa islahatlar paketi”nin tərkib hissəsi idi. Saakashvili-nin niyyətinə görə, məhz beləcə, Ukraynada sistemli yenilənmələr başlamalıydı. Əvvəlcə bir vilayətdə, sonra bütün ölkədə. Odessa qubernatoru təşəbbüsünün üstündən xətt çəkilməsinə görə ABŞ-ın Ukraynadakı səfirliyi artıq təəssüfünü dilə gətirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG