Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:59

Trump-ın keçmiş müşaviri Rusiya şirkətlərindən pul alıb


Michael Flynn
Michael Flynn

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri general Michael Flynn Rusiya şirkətlərindən aldığı pullar barədə hesabat verməyib.

AzadlıqRadiosu və currenttime.tv-nin məlumatına görə, bu barədə Ağ evin yaydığı yeni sənədlərdə bildirilir.

Aprelin 1-də açıqlanan və Flynn-in martın 31-də imzaladığı sənədlərdən bəlli olur ki, o, dövlət televiziyası olan RT kanalı və “Volqa Dnepr” hava şirkəti də daxil olmaqla Rusiya şirkətlərində çıxışlarına görə pul alıb.

Amma bundan əvvəl açıqlanan və Flynn-in fevralın 11-də imzaladığı informasiyada Rusiya şirkətlərinin bu çıxışlara görə ona pul köçürdükləri göstərilmir.

Vəkili deyir ki, onun fevralın 11-də-istefaya getməzdən bir neçə gün əvvəl təqdim etdiyi hesabat, yalnız ilkin qaralama variantı olub və hökuməti tərk etdiyindən davamı gəlməyib.

Sənədə görə, Flynn ümumilikdə 2014-cü ildən bu yana məsələhətlər və digər xidmətlərinə görə 1,3 milyon dollar qazanıb.

RT kanalının ona pul ödəməsi isə dolayısı ilə bəlli olub.

ABŞ Nümayəndələr palatasının üzvü İliya Kammings (Merilend ştatından olan demokrat)martın 16-da Rusiya şirkətlərinin prezident seçkisinədək Flynn-ə 67 min dollardan çox vəsait ödəmələri barədə sənədlər açıqlayıb, o cümlədən də 33 750 dollar RT kanalından.

Vladimir Putin və Michael Flynn
Vladimir Putin və Michael Flynn

Kammings Flynn-ə RT kanalından vəsait ödənilməsini Konstitusiyanın mükafat haqqında müddəalarının pozulması hesab edir, hansı ki, orda istefada olan hərbi zabitlərin aparıcı xarici dövlətdən mükafat qəbul etməsi qadağandır.

Flynn milli təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsindən fevralın 13-də-işə başladıqdan 24 gün sonra azad edilib.

Onun prezident Trump-un andiçmə mərasimindən əvvəl Rusiyanın ABŞ-dakı səfiri ilə Moskvaya qarşı sanksiyaları da müzakirə etdiyi üzə çıxıb.

Flynn hələ də Rusiya rəsmiləri ilə əlaqələrinə görə ciddi müşahidə altındadır.

O, martın 30-da vəkili vasitəsi ilə Nümayəndələr palatasının kəşfiyyat komitəsi və Senatda ifadə verməyə hazır olduğunu çatdırıb, amma bir şərtlə ki, ona cinayət məsuliyyətindən toxunulmazlıq haqqı verilsin.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG