Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

Trump-ın keçmiş müşavirinə qarşı rəsmi ittiham irəli sürüldü


Michael Flynn
Michael Flynn

Dekabrın 1-də Donald Trump-ın keçmiş milli təhlükəsizlik müaviri Michael Flynn-ə qarşı rəsmi ittiham irəli sürülüb. O Federeal Təhqiqatlar Bürosuna yalan məlumat verməkdə ittiham edilir.

Məhkəmə sənədlərində deyilir ki, Flynn FTB-yə Rusiya səfiri Sergey Kislyakla Moskva üzərindəki sanksiyaları müzakirə etmədiyinə dair bilərəkdən yalan məlumat verib.

Michael Flynn-in dekabrın 1-də Rusiyanın 2016-cı il seçkisinə mümkün müdaxiləsini araşdıran Federal Təhqiqatlar Bürsonun xəfiyyələrinə yalan ifadə verdiyini etiraf edəcəyi gözlənilirdi.

Məhkəmə materiallarında deyilir ki, Trump prezident olandan dörd gün sonra Flynn hüquq-mühafizə orqanlarına özünün Rusiya səfiri Sergey Kislyakla görüşü barədə “saxta, yalan və fırıldaqçı məlumat” verməkdə ittiham edilir.

Flynn xüsusi prokuror Robert Mueller-in Trump kampaniyası ilə Rusiya əməliyyatçıları arasında iddia edilən sövdələşmə barədə araşdırmasının mərkəzi fiqurudur.

Belə xəbərlər yayılmışdı ki, Flynn-in vəkilləri hüquq-mühafizə orqanları ilə əməkdaşlıq barədə razılaşma əldə etməyə çalışırlar.

Flynn prezidentin keçid dövründə Kislyaka ABŞ-ın yeni sanksiyaları ilə bağlı situasiyanı eskalasiya etməmək barədə məsləhət verdiyini hüquq-mühafizə orqanlarından gizlədib.

O habelə ayrı bir görüşdə Kislyakdan BMT qətnaməsinə səsvermənin ləngidilməsi barədə xahiş etdiyini gizlətməkdə ittiham edilir.

XS
SM
MD
LG