Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:07

‘Chelsea qəhrəmanı’ Michael Essien Səbail klubuna gəlir


Michael Essien
Michael Essien

Britaniyanın Metro qəzeti yazır ki, “Chelsea qəhrəmanı” Michael Essien özünün futbol karyerasını Azərbaycanın Səbail futbol klubunda davam etdirəcək.

Qəzet yazır ki, 36 yaşlı futbolçunun İndoneziyanın Qərbi Yava adasındakı “Persib Bandung” komandasını tərk etdikdən bir il sonra Azərbaycana gəlməsi gözlənilməz olub.

Azərbaycan futbolçunun oynadığı yeddinci ölkə olacaq. Essien bundan əvvəl Fransa, İngiltərə, İspaniya, İtaliya, Yunanıstan və İndoneziya klublarında oynayıb.

Essen Azərbaycana gəlişi barəsində deyib: “Mənim bu klubla yaxşı bir söhbətim oldu və onlar mənə layihə barədə məlumat verdilər. Mən bu barədə düşündüm, xoşladım və qəbul etdim”.

Futbolçu deyib ki, Azərbaycandakı fəaliyyəti əvvəkilərdən fərqli olacaq:

“Bu əvvəllər etdiyimdən çox fərqlidir. Çox maraqlı və həyəcanverici görünür”.

Metro yazır ki, Essien Azərbaycanla müqaviləni 2020-ci ilin mayınadək imzalyıb. Bu kontrakta həm də 19 yaşından gənc futbolçulara məşqçilik edilıməsi daxildir.

Səbail FK 2016-cı ildə yaradılıb və elə ilk mövsümdən ölkənin Birinci Liqasından Premyer Liqasına adlaya bilib.

Klub hazırda turnir cədvəlinin üçüncü pilləsini tutsa da, öndə olan Neftçi və Qarabağ klublarından 14 xal geridə qalır.

Essien 2004 və 2005-ci ildə Lyon klubunun tərkibində Fransanın, 2006 və 2010-cu illərdə Chelsea klubunun heyətində İngiltərənin çempionu olub.

O habelə Chelsea klubunun futbolçusu olanda bu komanda dörd dəfə İngiltərə Futbol Assosiasiyasının kubokunu qazanıb və 2012-ci ildə Çempionlar Liqasının qalibi olub.

Əslən qanalı futbolçu Chelsea klubundan AC Milan, daha sonra isə Yunanıstanın Panathinaikos klublarına adlamazdan əvvəl bir müddət Real Madrid klubunda oynayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG