Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 16:37

Meyvələr ucuzlaşıb yoxsa bahalaşıb?


Gilas
Gilas

Koronavirus pandemiyası dövründə vitaminli meyvələrə təlabatın artdığı bildirilir.Biz də mövsümü meyvələrin qiymətini öyrənmək üçün paytaxt Bakının bəzi satış məntəqələrinə baş çəkəsi olduq.

Əriyin bir kiloqramının qiyməti 4-6 manat arasında dəyişirdi. Bundan başqa gilas 4-7, çiyələk 4, şaftalı da 4-5 manata idi.

“Bahalıqdır. Ötən il meyvə builki kimi baha olmayıb.”

“Bu qiymət niyə belə bahadır?”

Bunu isə adının çəkilməsini istəməyən alıcılardan biri söyləyir. Əlavə edir ki, bu qiymətə meyvə olmaz:

“Yəni, bir baxmırlar ki, bu qiymət niyə belə bahadır?”

Vahid Məhərəmov, arxiv foto
Vahid Məhərəmov, arxiv foto

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov isə Azadlıq Radiosuna deyir ki, 2019-cu il ilə müqaysiədə bu il meyvələrin qiymətində 25-40 faiz arasında bahalaşma var:

“ Yəni, meyvə var 25, meyvə var 40 faiz bahalaşıb. Amma bu bahalaşma heç də pandemiya ( koronavirus pandemiyasını nəzərdə tutur-red) ilə bağlı deyil”

“Topdansatış sirkətləri inhisarçı olaraq...”

Ekspertə görə, bu bahalığın bir səbəbi topdansatış şirkətləridir:

“Məhsullar topdansatış şirkətlərinə verilir, buradan pərakəndə satışa çıxır. Pərakəndə satışda da bazarlar, dükanlar öz artımlarını əlavə edərək satırlar. Beləliklə, qiymət bahalığı yaranır. Bir tərəfdən məhsul azdır, digər tərəfdən topdansatış sirkətləri inhisaçı olaraq qiymətimüəyyn edərək daha da bahalığa yol açırlar”.

V.Məhərrəmov deyir ki, məhsulların ölkənin rayon və şəhərlərinə çatdırılmasında məhdudiyyət yoxdur. Amma bununla belə o, vurğulayıb ki, keçən il rayonda olan sahibkarlar məhsullarını Bakıya və ya digər rayonlara apara bilirdilər, indi isə buna icazə verilmir:

“Ücuzlaşma ona görə baş vermir ki, topdan satış şirkətləri inhisar olaraq bunun arxasında dayanırlar və rəqabət olmadığı üçün ucuzlşama inhisarçının marağnda deyil”

Bakı, "8 km" bazarı, arxiv foto
Bakı, "8 km" bazarı, arxiv foto

Mərkəz rəhbəri: “Bu il qiymətlər aşağı olub”

Bu deyilənlərə, hələlik, topdan satış ilə maşğul olan şirkətlərin rəhbərlərindən münasibət almaq mümkün olmayıb. Amma Kənd Təsərrüfatı Naziliriyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə isə “ Turan”aagentliyinə deyib ki, keçən il ilə müqayisədə bu il qiymətlər aşağı olub və bazarda mal-məhsul azlığı mövcud deyil:

“Hamının istifadə etdiyi “8-ci kilometr” bazarında 1. 50 qəpiyə də, 5 manata da gilas var. Amma son günlər bəzi qiymətlərdə nisbi bahalaşma bəzi meyvlərin mösümünün bitməsinə az qalması ilə bağlıdır”

F.Fikrtəzadənin vurğulamasına görə, bazarda 5 manata gilasın o növü satılır ki, həmin növ həmişə baha olub.

Mərkəz rəhbərinə görə, pandemiya ilə bağlı karantin rejimininn tətbqi ( Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda martın 24-dən karantin elan edilib-red) məhsulların çatdırılmasına heç bir maneə törətmir.

Firdovsi Fikrətzadə
Firdovsi Fikrətzadə

O, vurğulayıb ki, yalnız sahibkarlara əvvəlki kimi öz minik avtomobillərilə kənd təsərrüfatı məhsullarını Bakıya, ya ölkənin rayonlarına özlərinin aparmasına icazə verilmir:

“İndi məhsullar orta tonnajlı yükdşaıyıcı avtomobillərlə topdansatış müəssisələrinə gətirilir. Karantin postlarında baxış prosedur qaydalarına görə, çatdırmada müəyyən yubanmalar ola bilir...”.

XS
SM
MD
LG