Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

Avropada meymunçiçəyindən vaksinasiya başlanır


HEALTH-MONKEYPOX/
HEALTH-MONKEYPOX/

Bu xəstəliyə yoluxanların əksəriyyəti 18-50 yaş arasında olan və başqa kişilərlə cinsi əlaqədə olmuş kişilərdir

Avropa Komissiyası iyulun 8-də bəyan edib ki, ittifaqın dörd ölkəsinə - Almaniya, İspaniya, Belçika və Portuqaliyaya meymunçiçəyinə qarşı vaksinlər gətirilib və tezliklə bu ölkələrdə peyvəndləmə kampaniyasına başlanacaq.

Bu da bildirilir ki, peyvəndləmə könüllü əsasda həyata keçiriləcək.

Avropa İttifaqına gətirilmiş vaksinlərin ümumi sayı 13 min 600 dozadır.

5300 doza İspaniyaya hələ iyunun axırlarında gətirilib. Portuqaliyaya 2700, Belçikaya isə 340 doza verilib.

Avropa Xəstəliklərin Profilaktikası və Onlara Nəzarət Mərkəzi bildirir ki, iyulun 6-a olan məlumata görə Avropa regionunun 33 ölkəsində meymun çiçəyinə 5950 yoluxma qeydə alınıb. Bu, bütün dünya üzrə yoluxmaların üçdə ikisi deməkdir.

Ən çox yoluxmalar Britaniyada baş verib. Burada 1351 nəfər meymun çiçəyinə yoluxub. İspaniya və Almaniyada, hərəsində 1250 yoluxan olub.

Fransa, Portuqaliya və Niderlandda meymun çiçəyinə yüzlərlə yoluxma olub.

Homoseksual kişilər risk qrupunda

Yoluxanların əksəriyyəti 18-50 yaş arasında olan və başqa kişilərlə cinsi əlaqədə olmuş kişilərdir.

Lakin epidemioloqlar meymunçiçəyinin müstəsna olaraq eynicinsli əlaqələrlə yayılması barədə hələ də qəti nəticəyə gələ bilməyiblər.

Bəzi ehtimallara görə homoseksual kişilərin bu xəstəliyə daha çox yoluxması onların daha sərbəst cinsi həyat tərzi ilə də izah oluna bilər.

Bütün hallarda Avropa Xəstəliklərin Profilaktikası və Onlara Nəzarət Mərkəzi vaksinasiya siyahısına ilk növbədə homiseksual kişilərin və onlara tibbi xidmət göstərən personalın salınmasını istəyir.

Meymunçiçəyi 2022-ci ilədək əsasən ekvatorial Afrikada rast gəlinən, insanlara heyvanlardan keçən nadir xəstəlik hesab olunurdu.

Xəstəliyin simptomlarına qızdırma, əzələ ağrıları, limfatik düyünlərdə şişmə və dəridə irinli səpmələrdir.

Adi suçiçəyinin vaksini

Böyüklərdə bu xəstəlik yaxşı tibb xidməti olduqda 2-4 həftəyə sağalır, lakin dəridəki suluqların çapıqları ömürlük qala bilər.

2022-ci ildə meymun çiçəyi əvvəllər yayılmadığı Amerika və Avropa ölkələrində müşahidə olunub.

Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə bütün dünyada meymun çiçəyinə 6000 yoluxma qeydə alınıb. Yoluxanlardan üçü vəfat edib.

DST hesab edir ki, hələlik pandemiya elan edilməsinə ehtiyac yoxdur, lakin yoluxmaları nəzarət altında saxlamaq lazımdır.

Meymuinçiçəıyinə yoluxmadan adi suçiçəyinə qarşı vaksinlər də qoruya bilir.

1980-ci ilədək doğulanların hamısına bu peyvənd hələ körpə ikən edilib.

Həmin il suçiçəyinin bütün dünyada kökünün kəsildiyi elan edilmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG