Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:10

Türkiyə ‘balanslı siyasət’ yürüdür?


Mevlut Çavuşoğlu

Bloomberg saytının verdiyi xəbərə görə Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu deyib ki, Rusiya ilə münasibətlər Ankaranaın ABŞ və Avropa İttifaqı ilə münasibətlərinə alternativ deyil.

Bloomberg yazır ki, NATO müttəfiqləri ilə diplomatik qarşıdurmadan sonra Türkiyənin milli valyutası lirə sürətlə dəyərdən düşmüş və Ankara bu ayın əvvəllərində Birləşmiş Ştatlara xəbərdarlıq edərək demişdi ki, özünə yeni müttəfiqlər axtara bilər.

Çavuşoğlu Avropa İttifaqını və NATO-nu Rusiya ilə münasibətlərdə “qeyri-səmimilikdə” və Türkiyəyə münasibətdə “ikili standartlarda” ittiham edib.

Çavuşoğlu avqustun 28-də Vilnüsdə özünün litvalı həmkarı Linas Linkevicius-la birlikdə keçirdiyi brifinqdə deyib ki, “dünyanın bu hissəsində yaşadığımıza görə biz bu və ya başqa ölkəyə üstünlük verdiyimizi deyə bilmərik, bizim belə bir rahatlığımız yoxdur”.

Türkiyənin xarici işlər naziri deyib ki, Avropa İttifaqı və NATO-nun bəzi üzvlərinin Rusiya ilə münasibətləri düzəltməyə çalışdığı və Krımı Ukraynadan ilhaq etməsini “unutduğu” bir zamanda Türkiyə bu işğalı tanımayacağını bəyan edib:

“Onlar bunu edəndə yaxşı olur, amma Türkiyə Suriya kimi məsələlərdə Rusiya ilə əlaqə yaratmalı olduqda, bu hərəkət suallar doğurur”.

Bloomberg yazır ki, ABŞ-la münasibətləri korlandırqdan sonra Recep Tayyip Erdoğan Rusiyanın Türkiyə üçün alternativlər sırasında olduğuna işarə etmişdi.

Erdoğan sentyabrın 7-də Təbriz şəhərində Rusiya və İranın liderləri ilə görüşərək Suriya məsələsini müzakirə edəcək.

Çavuşoğlu Vilnüs brifinqində daha sonra deyib: “Rusiyanı Suriyaya mən dəvət etməmişəm. İndi Rusiya rejimin qarantıdır. Mənim orada atəşkəsi möhkəmləndirmək üçün Rusiya ilə işləməyə ehtiyacım var. Bu asan olmur”.

Türkiyə naziri bildirib ki, Ankara Suriya rejiminin 3, 5 milyon əhalisi olan İdlib üzərinə mümkün hücumunun qarşısını almağa çalışır.

Mevlut Çavuşoğlu habelə Ankaranın Rusiyadan S-400 raketləri almaq planını müdafiə edib.

O iddia edib ki, müttəfiqləri və ilk növbədə ABŞ Türkiyənin təcili ehtiyacı olan raket müdafiə sistemlərini Ankaraya satmaq istəmir.

Onun sözlərinə görə Türkiyəyə S-400-ün alternativi olan Patriot raketlərinin satılacağına qarantiya verməyən ABŞ, Ankaraya F-35 qırıcılarının satışının bloklanacağı ilə bağlı hədələr səsləndirməməlidir.

XS
SM
MD
LG