Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:05

Keçmiş amerikalı həmsədr Rusiya sülhməramlıları barədə


Metyu Brayza
Metyu Brayza

Münaqişənin nizamlanması ilə məşğul olan ATƏT -in Minsk Qrupunun Amerikadan olan keçmiş həmsədri Metyu Brayza (Matthew Bryza) AzadlıqRadiosuna deyib ki, həmsədr dövlətlər arasında həmişə belə bir centlmensayağı razılaşma olub ki, qonşu ölkələr - Rusiya, Türkiyə İran kimi ölkələr Qarabağda sülhməramlı kimi çıxış etməsinlər:

“Məncə, Rusiya sülhməramlılarının gəlməsi o qədər də yaxşı fikir deyil. Çünki Rusiya sülhməramlıları başqa münaqişələri - məsələn, Gürcüstan və Moldova münaqişələrində gərginliyi artırıb. Amma ümid edirəm ki, Qarabağ münaqişəsi fərqlidir. Öz təcrübəmdən deyə bilərəm ki, bütün Rusiya vasitəçiləri xoşməramlı və obyektiv olublar. Baxmayaraq ki, onlar Ermənistanla müttəfiqdirlər, onlar həmişə deyiblər ki, bunun Azərbaycanın ərazi bütövlüyünə dəxli yoxdur”.

Qarabağ münaqişəsi fərqlidir

Metyu Brayza deyir ki, bununla belə Rusiya həmişə öz sülhməramlısını regiona gətirməkdə maraqlı olub. Onun fikrincə, yadda saxlamaq lazımdır ki, Azərbaycanının Moldova və Gürcüstandan fərqi var:

“Fərq bundadır ki, Moldova və Gürcüstan həmişə aydın şəkildə ifadə ediblər ki, onlar Avroatlantik məkana yaxın olmaq və ona üzv olmaq istəyirlər. Azərbaycanın bu məsələdə mövqeyi daha ehtiyatlı və balanslıdır. Məncə, prezident Putin bunun qədir-qiymətini bilib və Azərbaycanı özünə təhlükə kimi görmür. Bəlkə də Rusiya sülhməramlıları Qarabağda daha az ehtiyatlı davranacaqlar. Azərbaycan hakimiyyəti daha güclüdür, məncə, Rusiya prezidenti Vladimir Putin Azərbaycanla öz münasibətini kəskin şəkildə pisləşdirmək istəməz. Bu münasibətlər iqtisadi baxımdan da çox əhəmiyyətlidir”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG