Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

Metronun işi tam bərpa edilib


Metro
Metro

Bakı metrosunun işi tam bərpa edilib.

Bunu «Bakı Metropoliteni» QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. O deyib ki, metropolitenin üç - «Həzi Aslanov», «Əhmədli» və «Xalqlar Dostluğu» stansiyalarının fəaliyyəti bərpa edilib.

«Elektrik enerjisinin dayanıqlığı təmin edilib və metrostansiyaların fəaliyyəti tam şəkildə bərpa olunub», - o əlavə edib.

Bakıda bəzi yerlərdə işıqlar sönüb

Bu gün, fevralın 27-də Bakı şəhərinin bəzi yerlərində elektrik verilməsi ilə bağlı problem yaranıb və işıqlar kəsilib.

«Azərişıq» Açıq Səhmdar Cəmiyyətindən (ASC) də «Turan» agentliyinə bu məlumatı təsdiqləyiblər. Qurumdan bildiriblər ki, yarımstansiyaların birində baş vermiş qəza nəticəsində Bakının bir hissəsində elektrik enerjisi verilməsində fasilələr yaranıb. «Hazırda problem aradan qaldırılıb və elektrik enerjisinin verilməsi tədricən bərpa edilir», - qurumdan əlavə ediblər.

Metroda qatarlar dayanıb, sərnişinlər təxliyə edilib

Fevralın 27-də Bakıda elektrik enerjisi təchizatında yaranmış problemdən metronun fəaliyyətində fasilə olub.

Bu barədə «Turan» agentliyinə «Bakı Metropoliteni» QSC-nin mətbuat xidmətindən bildiriblər.

Mətbuat xidmətindən verilən məlumata görə, fasilə gərginliyin düşməsi nəticəsində yaranıb və hazırda xətlərin bütün sahələrində gərginlik bərpa olunub: «Yalnız «Həzi Aslanov», «Əhmədli», «Xalqlar Dostluğu» stansiyalarının fəaliyyəti dayandırılıb, sərnişinlər təxliyə olunub. Gərginliklə bağlı problem olan sahə yoxlandıqdan sonra qatarların hərəkəti minimal tələblər səviyyəsində bərpa olunacaq».

Qurumdan əlavə ediblər ki, qatarlara dizel generatorlar qoşulub: «Bunun sayəsində qatarlar tunellərdən stansiyalara çıxarılıb və sərnişinlər təxliyə olunub».

Metroda qalanların çıxarılması - '28 may'
Gözlə

No media source currently available

0:00 0:02:52 0:00

2 il əvvəl baş verənlər və...

Hələ 2018-ci il iyulunda Mingəçevir şəhərində Azərbaycan İstilik Elektrik Stansiyasında baş verən qəza zamanı Bakı metrosunda da ciddi problem yaşanmışdı. Qəza zamanı Bakı da daxil ölkənin bir çox ərazisində elektrik kəsilmişdi. Onda yüzlərlə sərnişinin tuneldə qaldığı, növbəti stansiyaya piyada getməli olduqları bildirilmişdi. O vaxt keçirilən müşavirədə prezident də bu məsələyə toxunmuşdu.

Metro stansiyalarının generatorla təmin edilməsi gündəmə gəlmişdi.

Sonradan «Bakı Metropoliteni» QSC-nin 9.5 milyon manatlıq iki generator aldığı bildirilmişdi.

Verilən məlumata görə, satınalmalar da birbaşa müqavilə ilə, yəni satınalma prosedurları aparılmadan həyata keçirilmişdi.

Ötən il dekabrın 16-da «Azərenerji» Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Baba Rzayev dövlət başçısının qəbulunda olanda isə belə demişdi: «Məruzə edim ki, metro stansiyalarında generatorlar quraşdırılması 100 faiz başa çatıb».

«Bu, bizə imkan verəcək ki,…»

Dövlət başçısı Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında isə bu məsələdən belə bəhs etmişdi: «Bu, bizə imkan verəcək ki, əgər hər hansı bir qəza olarsa, metro tunelində heç bir qatar qalmasın. Yəni bu generatorlar imkan verəcək ki, qatarlar stansiyaya qədər gəlsin və vətəndaşlar stansiyaya həm rahat düşə bilsinlər, həm də eskalatorlarla qalxa bilsinlər. Metroda quraşdırılan generatorların əsas funksiyası bundan ibarətdir».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG