Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:43

Bakı metrosuna reklam mallarını cəlilabadlı xanım sahibkar verəcək


Metro
Metro

«Bakı Metropoliteni» QSC reklam işləri üçün malların alınmasından ötrü 262 min 855 manat ödəyəcək. Bu məqsədlə iyulun 27-də Nərgiz Almas qızı Əhmədova ilə müqavilə bağlanıb.

Vergilər Nazirliyi xanım işadamının (VÖEN 8301143802) Cəlilabadda qeydiyyatda olduğunu bildirir. Onun biznes sahəsindəki fəaliyyəti haqda başqa heç nə bəlli deyil.

Skrin: metro.gov.az

***Buna da bax-Çovdarov: 'Hər 4 jetondan birinin pulu Tağı Əhmədovun cibinə gedib'

Tağı Əhmədov 2014-cü ilin fevralında metropolitenin rəhbərliyindən uzaqlaşdırılandan sonra uzun müddət metro stansiyalarında və vestibüllərində reklam yayımı dayandırıldı. İki il öncə, iyulda reklam lövhələri yenidən Bakı metrosunda görünməyə başladı. Qurumun məlumatına görə, reklam yayımı və yerləşdirilməsi üzrə kənar təşkilatların xidmətlərindən istifadə olunmur və sifarişçilərin reklam təklifləri birbaşa qəbul edilir. Lakin maraqlıdır ki, bu, Bakı metropoliteninin reklam daşıyıcılarının hazırlanması üçün son 3 ildə keçirdiyi ilk tenderdir.

Maliyyə hesabatına görə, 2016-cı ildə «Bakı Metropoliteni» QSC reklamdan 1 milyon 706.2 min manat gəlir götürüb. Qurumun bu məqsədlə çəkdiyi xərc 3 dəfə az – 583.5 min manat olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG