Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:19

ABŞ Azərbaycanda mətbuat azadlığının vəziyyətindən narahatdır


ATƏT Daimi Şurasının mayın 3-də Dünya Mətbuat Azadlığı Günü münasibətilə keçirilən iclasında ABŞ-ın bu təşkilatdakı missiya rəhbərinin müavini Michele Siders Azərbaycanda ifadə və mətbuat azadlığının məhdudlaşdırılmasından narahatlıq ifadə edib.

Siders-in Vyanadakı Daimi Şuraya təqdim etdiyi bəyanatda deyilir ki, ABŞ azad mətbuatın müdafiəsini və təbiliğini özünün mühüm vəzifəsi sayır.

Bəyanatda bildirilir ki, ABŞ azad mətbuat dəyərlərini demokratik idarəetmənin əsas amili hesab edir.

Sənəddə təəssüflə qeyd olunur ki, bir çox ATƏT üzvləri jurnalistlərin fəaliyyəti üçün azad mühit yaratmaq vədlərinə əməl etməyiblər.

Bəyanatda deyilir ki, Azərbaycanda AzadlıqRadiosu və Azadlıq qəzeti, Azərbaycan saatı və Meydan TV kimi bir çox müstəqil xəbər qurumlarının saytlarının bloklanması Birləşmiş Ştatların dərin narahatlığına səbəb olub.

Michele Siders-in təqdim etdiyi sənəddə habelə Qazaxıstanda, Belarus və Tacikistanda mətbuat azadlığının kobud şəkildə pozulmasından və jurnalistlərin təqib edilməsindən söz açılır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG