Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:50

Mətbuat Azadlığı Günündə qadağanlar barədə...


Azərbaycanda hansı mövzuları yazmaq qorxuludur?
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Azərbaycanda hansı mövzuları yazmaq qorxuludur?

Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev 3 May Ümumdünya Mətbuat Azadlığı Günündə deyib ki, son illər Azərbaycan mətbuatının durumu kəskin pisləşib:

"Jurnalistlərin təhlükəsizliyi, özünüifadə azadlığı, medianın ümumiyyətlə bir institut kimi sərbəst fəaliyyəti Azərbaycanda yox dərəcəsindədir. Son illərdə biz qanunvericiliyin sərtləşməsini, müstəqil saytların bloklanmasını müşahidə edirik".

Mehman Əliyev deyir ki, Azərbaycanla bağlı məlumatlar daha çox internet məkanında yayılır. İndi hökumət çalışır ki, hansı vasitə ilə olursa, olsun interneti nəzarətə alsın.

180 ÖLKƏ ARASINDA 163-CÜ

Elə dünən - mayın 2-də millət vəkili Hikmət Məmmədov Daxili İşlər Nazirliyini sosial mediaya qarşı tədbir görməyə çağırıb. Son illər ara-sıra parlament tirubunsandan belə çağırışlar eşidilir.

Beynəlxalq media qurumları öz hesabatlarında son illər davamlı olaraq qeyd edirlər ki, Azərbaycanda telekanallar və yazılı media tamamilə hakimiyyətin nəzarətindədir.

Bu media orqanlarında təndiqi fikirlərə yer verilmir. Ötən ildən alternativ fikirlərə də yer verən informasiya saytlarına - azadlıqradiosu, meydan.tv və bir neçə başqa sayta giriş bloklanıb.

İnsan haqları fəallarının tərtib etdikləri siyahılara görə hazırda Azərbaycanda 10-a yaxın jurnalist və bloqqer həbsdədir.

Fransada yerləşən Sərhədsiz Reportyorlar təşkilatının aprelin 25-də açıqladığı Mətbuat Azadlığı İndeksinə görə, Azərbaycan 180 ölkə arasında 163-cü yerdədir. Azərbaycanın qonşularından Ermənistan 80, Gürcüstan 61, İran 164-cü yeri tutub.

MƏTBUAT ŞURASININ SƏDRİ HESABATA İNANMIR

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə Sərhədsiz Repartyorlar-ın hesabatını oyektiv saymır:

"Mən bu hesabatla razı deyiləm. Məsələn, Afrikanın, Asiyanın hansısa bir ölkəsində mətbuat necə olur ki, Azərbaycandan daha yaxşı olur? Məsələn, Pakistandan. Ona görə də son illərdə mən bu hesabatın obyektivliyinə inanmıram. O ki, qaldı saytların bloklanmasına bununla bağlı məhkəməyə müraciət edilməlidir. Mətbuat şurasına da bloklanma ilə bağlı hər hansı məlumat daxil olmayıb".

Əflatun Amaşov deyir ki, ölkənin birinci şəxsi də daxil olmaqla istənilən şəxs tənqid oluna bilər. Düzdür ənənəvi mediada - qəzet və televiziyalarda çox rast gəlinməsə də, sosial şəbəkələrdə bu cür tənqidlərə rast gəlmək olar. O əlavə edir ki, Azərbaycan jurnalisti istədiyi mövzudan yaza bilər.

Bəs, jurnalistlərin özləri bu barədə nə düşünürlər? Azadlıq onların fikrilərini öyrənib:

Jurnalistlər hansı mövzuda yaza bilmir?
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

NƏİNKİ YAZMAQ, HƏTTA GƏZMƏK DƏ OLMUR...

Son illər mətbuat azadlığının pozulması ilə bağlı ən çox səslənən tənqidlərdən biri də müstəqil jurnalistlərin ölkədən çıxışına qoyulan qadağa ilə bağlıdır. 3 ildir ki, bu qadağa ilə üzləşənlərdən biri də yazar Rasim Qaracadır. O, deyir ki, meydan.tv-nin saytında dərc olunan 2 məqaləsinə görə ölkəni tərk edə bilmir:

"Mən ixtisasca jurnalistəm. Bizim vəzifəmiz öz yazılarımızı yazıb, mətbuatda dərc etdirməkdir. Bir mətbuat orqanında çap olunan 2 yazıya görə bir yazara məhdudiyyət qoyulması mətbuat azadlığı ilə bir araya sığmır. Sözügən yazılar isə siyasətə də aid olmayıb. Ədəbiyyatla bağlı olub. Bunlar hamısı ölkədə mətbuat azadlığı durumunun nə qədər acınacaqlı olduğunu göstərir”.

Rasim Qaraca mayın 2-də ölkə prokurorluğuna müraciət edib. O ölkədən çıxışına qoyulmuş qadağanın götürlməsini istəyib. Meydan.tv-də yazıları çap olunan 10-dan çox jurnalist də səfər qadağası ilə üzləşib. Respublika prokurorluğu qoyulan qadağını meydan.tv-yə qarşı başlanmış cinayət işi ilə bağlayır.

VƏTƏNDAŞIN SƏSİ: JURNALİST NƏDƏN YAZSIN

Meydan.tv-nin rəhbəri Emin Milli bildirir ki, hakimiyyətin istəmədiklərindən yazıb, ölkə rəhbərliyini təndiq edənlər yazılarına görə hədəfə alınıblar.

Bəs, görəsən sadə vətəndaşlar jurnalistlərin daha çox nədən yazmasını istərdilər. AzadlıqRadiosu belə bir videosorğu keçirib:

Jurnalistlərin hansı mövzuda yazmağını istərdiniz?
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

Müstəqil media ekspertləri Azərbaycanda mətbuatın durumunun günü-gündən ağırlaşdığını bildirirlər. Rəsmilər isə ölkədə söz və mətbuat azadlığının təmin edildiyini bəyan edirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG